Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tokayev: Dünya “blok düşüncəsi” dövrünə qayıdıb...

Qazaxıstan prezidenti bildirib ki, dünyada baş verən geosiyasi qarşıdurmalar qlobal sülhün və rifahın əsaslarını sarsıdır...

Poliqon xəbər verir ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev iyunun 8-də Astana Beynəlxalq Forumunun plenar sessiyasında dünyanın 30 il əvvəl “soyuq müharibə”nin başa çatması ilə yekunlaşan “blok düşüncəsi” dövrünə qayıtdığını bildirib.

“Bölünmə yalnız geosiyasi xarakter daşımır. Onların iqtisadi təsirləri də var. İqtisadi siyasətin özü açıq şəkildə silah kimi istifadə olunur”, deyə Tokayev bildirib.

Qazaxıstan prezidenti qeyd edib ki, qarşıduran tərəflər iqtisadi sanksiyalardan istifadə edir, ticarət müharibələri aparır, rəqibləri maliyyə mənbələrindən təcrid edir, investisiyalara nəzarət tətbiq edirlər. Bütün bunlar qlobal sülhün və rifahın əsaslarını sarsıdır.

Tokayev qeyd edib ki, bu tendensiyalar ölkələr daxilində və ölkələr arasında parçalanmalara və sosial gərginliyə səbəb olur.

“Mədəniyyət və dəyərlərdə genişlənən uçurum: bütün bu tendensiyalar ekzistensial təhdidlərə çevrilib”, deyə prezident bildirib.

Fikrini yekunlaşdıran Qazaxıstan prezidenti müharibə və münaqişə ideologiyasına son qoymağa çağırıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Ən çox oxunanalar