Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranın növbəti dəfə hipersəsli raket yalanı... - Məqsəd nədir?

Tehran dünən hipersəsli raketin sınağını uğurla keçirməsini iddia edib...

Politoloq: “Əvvəla nəzərə alınmalıdır ki, Rusiyaİran kimi dövlətlər bütün siyasətlərini dövlət səviyyəsində yalanın instutlaşdırılması səviyyəsində qururlar”.

“Nə zamandan İranda texnologiya, elm ən yüksək səviyyəyə çıxdı ki, dünya bunu bilmədi?”.

Bu sözləri politoloq Natiq Miri İranın hipersəsli raketin sınaqdan keçirilməsi haqqında yaydığı məlumatı Poliqon-a şərh edərkən qeyd edib.

Dünən İran növbəti dəfə hipersəsli raketin sınağını uğurla keçirməsini iddia edib. Bu məlumatları nə qədər doğru hesab etmək olar? Uzun illərdən bəri sanksiyalar altında olan və iqtisadiyyatı böhran keçirən İran qabaqcıl texnologiyanı necə əldə edir?

Mövzunu Poliqon-un əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Bu gün İranın özü həm daxildən, həm də xaricdən çox ciddi təhlükələrlə qarşı-qarşıyadır”.

Bu günün özündə raket sistemlərinin istehsalı baxımından İranın heç də Rusiyadan öndə olmadığını xatırladan politoloq qeyd edib ki, buna görə də bunlar sadəcə olaraq dezinfeksiyadır:

“Əvvəla nəzərə alınmalıdır ki, Rusiyaİran kimi dövlətlər bütün siyasətlərini dövlət səviyyəsində yalanın instutlaşdırılması səviyyəsində qururlar. Bu dövlətlərin istər xarici, istərsə də daxili siyasətləri yalan üzərində qurulub. Buna görə də belə bir yalançı dövlətlərin, istər Rusiya, istərsə də İranın bu cür açıqlamalarını elə də ciddi qəbil etmək lazım deyil.

Nə zamandan İranda texnologiya, elm ən yüksək səviyyəyə çıxdı ki, dünya bunu bilmədi? Doğrudur, İran müəyyən silahlar əldə edir. Bütün bunların hamısı da oğurluq nəticəsində əmələ gəlib. Bunun detallarını da yenə də bilvasitə oğurluq şəkildə Qərb şirkətlərindən almaqla müəyyən mənada silahlar istehsal edə bilirlər. Amma bu silahlar mükəmməl silahlar deyil. Ən azından Rusiyanın indiyə qədər dünya miqyasına təqdim etdiyi ballistik və səs raketlərinin Ukraynaya tətbiqində biz bunu müşahidə etdik. Guya vurula bilməyən hipersəsli raketlərini Ukrayna çox rahatlıqla Patriot raketləri ilə vurdu. Bu da yeganə hadisə deyil. Onların belə raketlər məhv edilib.

Natiq Miri: “İran nüvə silahının istehsalına çox yaxın olduğunu düşünür, amma belə bir informasiya olduğunu təqdirdə İran rejiminin aqibəti o qədər də ürəkaçan olmayacaq”.

Bu günün özündə raket sistemlərinin istehsalı baxımından İran heç də Rusiyadan öndə deyil. Buna görə də bunlar sadəcə olaraq dezinfeksiyadır. Daha çox İrandan qorxmaq və İranla hesablaşmaq vəziyyəti beynəlxalq ictimaiyyəti rəyi yaratmaq istəyirlər. Amma düşünürəm ki, bunlar keçərli deyil. Çünki bu cür yalançı dezinfeksiyalara görə dünya birliyi, Qərb dünyası davranmır.

Ayrıca, bu gün İranın özü həm daxildən, həm də xaricdən çox ciddi təhlükələrlə qarşı-qarşıyadır. İran nüvə silahının istehsalına çox yaxın olduğunu düşünür, amma belə bir informasiya olduğunu təqdirdə İran rejiminin aqibəti o qədər də ürəkaçan olmayacaq. Çünki İrana qarşı hərbi əməliyyatların keçirilməsi bu kontekstdə hər zaman masada olub və düşünürəm ki, bu günün özündə də var. Buna görə də bu cür informasiyalar daha çox çəkindirici xarakter daşıyır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Ən çox oxunanalar