Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcra başçısının qızı məktəbin ərazilərini icarəyə verdi: Saatı 60, aylığı 30 manat

Yeni Yasamalın Ə.Əhmədov küçəsində yerləşən Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə dövlət vəsaiti hesabına tikilən idman kompleksi icarəyə verilib.

Poliqon.info Qaynarinfo-ya istinadən xəbər verir ki, məktəbin direktoru Gülnar Qurbanova tərəfindən şagirdlər və kollektivi üçün tikilən idman kompleksi özəlləşdirilərək, adı açıqlanmayan fərdi sahibkara icarəyə verilib.

Kompleks futbol, voleybol və digər idman növləri üzrə fəaliyyət göstərir. 1 saat icarə haqqı 60 manat təşkil edir.

Bununla belə, məktəbin qarşısında müəllimlərin avtomobillərinin saxlanması üçün nəzərdə tutulan avtodayanacaq parking kimi ətrafda yaşayan şəxslərə aylıq 30 manata (bir avtomobil üçün) icarəyə verilib.

Məktəb direktoru bunun üçün sözügedən dayanacağa nəzarətçi də təyin edib.

Əraziyə avtomobillərin dəqiq sayını bilmək və təhlükəsizliyini təmin etmək üçün kamera belə qurlaşdırılıb.

Qeyd edək ki, 5 ildir sözügedən məktəbin direktoru təyin edilən Gülnar Qurbanova Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun qızıdır.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mustafa Abbasbəyli haradadır? - Səssiz qalmaqla, yaddan çıxmaq istəyir

Maaşlar bu qədər artacaq - Dəqiq məbləğ açıqlandı

Paris-2024: Hidayət Heydərov mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Seçicilər Kamaləddin Qafarova od püskürdü: Tanımırıq...

Yunanıstan Türkiyənin dəniz sərhədlərini tanıdı... - İki ölkə arasında “soyuq müharibə” ortadan qalxacaq?

Hacı Məmmədovun bandasındakı şəxs azadlığa buraxıldı

DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı açıqlama

Məşhur istirahət mərkəzi “Atlant”ın üzərinə həbs qoyulubmuş – Tahir Qədəşov çətin durumda

Qəbələdə üç il əvvəl törədilən qətlin üstü açılıb

Naxçıvanda seçki: Vasif Talıbov və oğlu yenidən namizəd olacaqlar?

Ən çox oxunanalar