Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FHN Gədəbəydə baş verən partlayışla bağlı məlumat yayıb - Yenilənib

Gədəbəydə partlayış baş verib...

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Poliqon.info-ya bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Gədəbəy Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşa məxsus ümumi sahəsi 300 m² olan 7 otaq və qarajdan ibarət ikimərtəbəli fərdi yaşayış evində, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib. Partlayış dalğasının zərbəsindən evin birinci mərtəbəsində yerləşən qarajın dəmir qapısı və ikinci mərtəbədə aynabəndin pəncərə çərçivələri yerindən çıxıb, evin döşəməsi qismən deformasiyaya uğrayıb və evə ziyan dəyib. Hadisə nəticəsində ev sahibi R.M.Quliyeva xəsarət alıb.

FHN-in əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Faktla bağlı araşdırma aparılır.

***

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Arıqdam kəndində qeydə alınıb.

1950-ci il təvəllüdlü Rahilə Quliyeva yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Qadına tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bidlirilir.

Məlumata görə qadın yaşadığı evdə qaz partlaması nəticəsində xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Dövlət Agentliyi: Bakıda suyun bütün evlərə gəlib çatmasında problemlər var

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay