Çərşənbə, 26 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna tərəfində vuruşan ruslar Rusiya sərhədinə hücum ediblər - Belqorodda nələr baş verib?..

Ukrayna tərəfində vuruşan ruslardan ibarət batalyon tank və zirehli texnikadan istifadə etməklə döyüşə Kozinka kəndi yaxınlığında (Qrayvoron sərhəd keçid məntəqəsi) Belqorod vilayətinin ərazisinə daxil olublar...

Kiyevin məlumatına görə, əməliyyatda Ukrayna Silahlı Qüvvələrinin tərəfində vuruşan rus birləşmələri iştirak edir.

Poliqon xəbər verir ki, bəzi rusiyayönlü teleqram kanalları bu hücumu Rusiya qüvvələrini Ukraynanın cənubundan yayındırmaq cəhdi ilə əlaqələndirir. Onlar hesab edirlər ki, Kiyevin bu əməliyyatı əks hücuma başlamaq üçün aldadıcı hərəkətdir.

Qeyd edək ki, mayın 22-də səhər saatlarında Ukrayna teleqram kanalları Belqorod vilayətindəki Qrayvoron sərhəd-keçid məntəqəsinə Ukrayna zirehli texnikasının daxil olmasının videosunu yayıb. Bir çox Rusiyayönlü aparıcı hərbi ekspertlər özlərinin Telegram kanallarında videonun keçid məntəqəsində lentə alındığını təsdiqləyib. Ukrayna kanallarında ölən sərhədçinin videosu da yayılıb, lakin Rusiya mənbələri bunu təsdiqləməyib.

Rusiyayönlü kanallar yazır ki, hücumda T-72 tankı, KrAZ zirehli maşını, eləcə də Amerikanın HMMWV və “Cougar” zirehli maşınlarından istifadə edilib. “Rybar” teleqram kanalının məlumatına görə, Qrayvoron sərhəd keçid məntəqəsindən iki tank, bir zirehli transportyor və doqquz zirehli texnika Rusiya ərazisinə daxil olub.

Telegram kanalları, həmçinin Belqorod vilayəti üzərində uçan təyyarələrin, o cümlədən istilik tələlərini buraxan helikopterlərin görüntülərini nümayiş etdirib. RT, eləcə də yerli teleqram kanalları Ukrayna qruplarının sərhəd-keçid məntəqəsi yaxınlığında yerləşən Qora-Podil kəndindəki Mədəniyyət Evini ələ keçirdiklərini bildiriblər. Telegram kanalları xəbər verib ki, evakuasiyanın başlanması ilə bağlı mesajlar sərhədyanı rayonlarda radioda yayılmağa başlayıb.

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov əvvəlcə bildirib ki, “Qrayvoronski rayonunun kütləvi atəşə tutulması fonunda əhali arasında çaxnaşmaya çağıran informasiya hücumuna məruz qalıblar”. Belqorod vilayətinin Şebekinski rayonundan evakuasiya edilməsinin zərurəti ilə bağlı yayılan xəbərlər barədə o, “Bu yalandır, belə bir şey yoxdur”, deyib.

Daha sonra Qladkov təsdiqləyib ki, Ukrayna Silahlı Qüvvələrinin təxribat-kəşfiyyat qrupu Qrayvoron şəhər dairəsi ərazisinə daxil olub. Qubernator əlavə edib ki, Qlotovo kəndinin atəşə tutulmasından sonra mina qəlpələri ilə yaralanan kişi və qadın rayon xəstəxanasına çatdırılıb.

Kremldən bildiriblər ki, təxribat qrupunun Belqorod vilayətinə girişi ilə bağlı prezident Vladimir Putinə məlumat verilib. “Ukraynalı diversantların Rusiya ərazisindən sıxışdırılıb çıxarılması və bu təxribat qrupunun məhv edilməsi istiqamətində işlər aparılır. Belqoradda bunun üçün kifayət qədər qüvvə və vasitə var”, deyə Dmitri Peskov bildirib.

Ukrayna Silahlı Qüvvələrinin tərkibində fəaliyyət göstərən “Rusiya Azadlığı” Legionun bölməsi teleqram kanalında bildirib ki, “Rusiya Könüllülər Korpusu” ilə birlikdə “Belqorod vilayətinin Kozinkasını azad ediblər”. Rusiyanın teleqram kanalları Kozinkada döyüşün getdiyini yazıb.

Ukrayna hərbi kəşfiyyatı “Qromadski” nəşrinə şərhində bildirib ki, “Rusiyanın Azadlığı” legionu və RDK mülki ukraynalıları qorumaq üçün Belqorod vilayəti ərazisində “təhlükəsizlik zonası yaratmaq üçün əməliyyat keçirir.

“Düşünürəm ki, Putinin cinayətkar rejiminə qarşı silahlı mübarizəyə hazır olan müxalif düşüncəli Rusiya vətəndaşlarının qətiyyətli hərəkətlərini biz ancaq təbrik edə bilərik”, deyə Ukrayna Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov Belqoroda vilayətinə hücunu şərh edib.

Rusiyayönlü “Rybar” teleqram kanalı yazıb ki, təxribatın məqsədi sərhəd bölgəsinin rus əhalisi arasında panika yaratmaqdır. “Polkovnik Kassad” kanalının müəllifi Boris Rojin isə hesab edir ki, Belqorod vilayətində baş verənlər Ukrayna Silahlı Qüvvələrinin digər istiqamətlərdə, ilk növbədə Zaporojye istiqamətində real aktivləşməsindən xəbərdarlığıdır”.

Qeyd edə ki, “Rusiya Könüllülər Korpusu” əvvəllər də Rusiya sərhədini keçiblər, belə hallardan biri də martın əvvəlində Bryansk vilayətində olub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şoyqu və Gerasimov haqqında həbs qərarı çıxarıldı

Ötən gün polislər belə güllələnib - Anbaan video

Namiq İslamzadəyə "general-leytenant" rütbəsi verildi

Oliqarx Leysan Məmmədovun oğlu “Sea Breeze”də yenidən dava saldı – Şok təfərrüat

Maşın almaq istəyənlər üçün vacib xəbər - Qanun dəyişdi

AVRO-2024: Niderland - Avstriya oyununda beşinci qol vurulub - Yenilənib

Ərdoğan yeni antiterror əməliyyatlarının anonsunu verdi

Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib

Qubad İbadoğlunun övladı erməni lobbisinin tədbirində çıxış edəcək

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularını təltif edib

Ən çox oxunanalar