Çərşənbə axşamı, 27 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nigeriyada terror hücumları səbəbindən insanlar aclıqdan ölür - Fotolar

Nigeriyada baş verən terror hadisələri səbəbindən ərzaq təhlükəsizliyi problemi daha da ağırlaşır...

Nigeriyanın şimal-şərqində Boko Haram və İŞİD-in Qərbi Afrika qolu olan ISWAP terror təşkilatlarının hücumları səbəbindən bölgə əhalisi ciddi ərzaq təhlükəsizliyi ilə üzləşib.

Poliqon Anadolu Agentliyinə istinadən xəbər verir ki, ölkənin Adamava, Borno və Yobe əyalətlərində insanlar terror hücumları səbəbindən evlərini tərk edir, sığındıqları bölgələrdə həm qida, həm də mənzil problemi yaşayırlar.

Terror hücumları nəticəsində didərgin düşən və düşərgələrə sığınan böyüklər kifayət qədər qida tapa bilmədiklərinə görə aclığın öhdəsindən gəlməyə çalışarkən, uşaqlar isə qida çatışmazlığı ilə mübarizə aparır.

Boko Haram və ISWAP-ın tez-tez törətdiyi terror aktları əkinçiliklə dolanan bölgə əhalisinin əkin sahələrinə getməsinə mane olur.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Nigeriyadakı Humanitar Koordinator Ofisi ölkənin şimal-şərqində 4,3 milyon insanın qida böhranı ilə üzləşdiyi və təcili tədbirlər görülməsə vəziyyətin daha da pisləşəcəyi barədə xəbərdarlıq edib.

Sərhədsiz Həkimlər Təşkilatının (MSF) Borno Dövlət Layihə Koordinatoru Qabriel Santi bildirib ki, bu ilin əvvəlindən qeydə alınan qida çatışmazlığı problemləri əvvəlki illə müqayisədə ən yüksək səviyyəyə çatıb.

Köçkünlərin və düşərgələrdə yaşayanların üzləşdiyi qida təhlükəsizliyi probleminin getdikcə daha da pisləşdiyini qeyd edən Santi “Yetərsiz qidalanan uşaqların sayındakı kütləvi artım, fəlakətli bir vəziyyətdən qaçmaq üçün qida çatışmazlığının qarşısının alınması və müalicəsinin dərhal genişləndirilməsini tələb edir”, deyib.

Santi, Borno əyalətindəki xəstəxanalarda həm orta, həm də ağır kəskin qidalanma səbəbiylə edilən müraciətlərin artdığını bildirib.

Yanvar ayından bu yana hər həftə təxminən 75 uşağın ağır qida çatışmazlığı səbəbiylə xəstəxanaya yerləşdirildiyini ifadə edən Santi, bu rəqəmin son 5 ilin eyni dövrü üçün orta göstəricinin təxminən 3 qatı olduğunu deyib.

Santi bölgədəki ərzaq təhlükəsizliyi probleminin qarşısının alınması üçün təcili müdaxiləyə ehtiyac olduğunu vurğulayıb.

Borno əyalətinin Qvoza bölgəsindən didərgin düşən və düşərgədə yaşayan 28 yaşlı Aişə Sani düşərgədə ən çox qida problemi yaşadıqlarını bildirib.

Terror hücumları səbəbiylə tarlaya gedə bilmədiklərini və dolanışıqlarının humanitar yardımdan asılı olduğunu bildirən Sani "Gələn humanitar yardımlar çatmadığı üçün bəzən günlərlə yemək tapa bilmirik. 3 uşağım var idi, amma 2-ni aclıq səbəbindən itirdim", deyib.

Sani sağ qalan 2 yaşlı uşağını qida çatışmazlığı səbəbindən xəstəxanaya yerləşdirdiklərini qeyd edib.

Qida çatışmazlığı səbəbindən övladını xəstəxanaya gətirən Buba Hadizə qaldıqları yerdə kifayət qədər yemək tapa bilmədiklərindən uşağım daim xəstə olduğunu deyib.

Övladının aclıqdan ölmək üzrə olduğunu vurğulayan Hədizə üzləşdikləri ən böyük problemin sığınacaq və yemək ehtiyacı olduğunu bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Rəqibindən Nəsiman Yaqublunun faciəvi ölümünə reaksiya

Kardioloq ürək üçün ən təhlükəli 7 vərdişi açıqlayıb

BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkib

Pakistan sıxılmış qaz almaq üçün Rusiya ilə danışıqlar aparır

Bakıda yataqxanada baş verən yanğın zamanı 5 nəfər təxliyə olunub - Yenilənib

Pavel Durov Hüseyn Həsənovla səhər yeməyi yeyib

Xərçəng böhranı : ABŞ şirkəti anti-Rusiya sanksiyalarına görə müflis olur...

Ən çox oxunanalar