Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çavuşoğlu: “Səfirliyimizin yerləşdiyi küçədə silahlı toqquşmalar olur”

Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu ölkənin Sudandakı səfiri İsmail Çobanoğlunun avtomobilinin atəşə tutulmasına münasibət bildirib.

M.Çavuşoğlu bildirib ki, hazırda Sudanda, xüsusən paytaxt Xartumda vəziyyət gərgindir.

“Türkiyə səfirliyinin yerləşdiyi küçədə də bəzən silahlı toqquşmalar olur. Bir sıra hallarda vətəndaşlarımıza xidmət göstərməkdə gecikirik”, - deyə diplomat bildirib.

Türkiyəli diplomat vurğulayıb ki, Türkiyə öz vətəndaşlarının əksəriyyətini artıq Sudandan təxliyə edib:

“Vətəndaşlarımızı daha çox Misir, Efiopiya və Səudiyyə Ərəbistanının limanları vasitəsilə təxliyə etmişik. Hazırda diplomatik xidmət göstərən vətəndaşlarımızın təhlükəsizliyi üçün əlimizdən gələni edirik”.

Qeyd edək ki, bu gün Türkiyənin Sudanın paytaxtı Xartum şəhərindəki səfiri İsmail Çobanoğluna hücum olub. Hadisə nəticəsində ölən və yaralanan olmayıb. Hücum nəticəsində xidməti maşına zərər dəyib.

Məlumat üçün əlavə edək ki, Sudanda bir aydan çoxdur ki, ordu birləşmələri ilə xüsusi təyinatlılar arasında silahlı toqquşmalar baş verir, ölkə faktiki vətəndaş müharibəsi meydanına çevrilib. (oxu.az)

Poliqon.info 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Ən çox oxunanalar