Cümə axşamı, 23 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa komissarı: Aİ qismən müharibə iqtisadiyyatına keçib

Avropanın daxili bazar üzrə komissarı Tyerri Breton bildirib ki, Avropa İttifaqı sonradan Ukraynaya göndəriləcək mərmi istehsalının artması səbəbindən qismən müharibə iqtisadiyyatına keçib. O əlavə edib ki, avropalı siyasətçilərin diqqəti Avropa Parlamenti və ABŞ-dakı seçkilərə yönəldiyi üçün Ukrayna ordusu çətinliklərlə üzləşə bilər.

Poliqon xəbər verir ki, Avropa komissarı bu barədə BFMTV kanalında danışıb.

"İndi bizim özümüzdə seçkilər var və ABŞ-da da seçkilər tezliklə başlayacaq. Təbii ki, Rusiya üçün bu, irəliləməyə bir fürsətdir. Bu səbəbdən biz Avropada silah və sursat baxımından subsidiyalarımızı çox əhəmiyyətli dərəcədə artırmaq qərarına gəldik", deyə Breton bildirib.

Breton əlavə edib ki, Aİ Ukraynaya sonrakı təhvil vermək üçün ildə 2 milyon mərmi, o cümlədən 155 kalibrli mərmi istehsal etməyi qarşısına məqsəd qoyub. Onun sözlərinə görə, Avropanın hərbi sənayesini daha da inkişaf etdirmək və bunu daha sürətli etmək lazımdır.

Martın 15-də Avropa Komissiyası Avropa müdafiə sənayesinin inkişafı çərçivəsində sursat istehsalını artırmaq üçün 500 milyon avro ayırıb. AK-nin bəyanatında deyilir ki, bu vəsait 2025-ci ilin sonuna qədər hər il 2 milyona qədər mərmi istehsalına imkan verəcək. Aprel ayında Fransa prezidenti Emmanuel Makron müharibə iqtisadiyyatına keçidin sürətləndirilməsinin zəruriliyindən danışmışdı.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu ərazi Azərbaycanın nəzarətinə keçir - Sanosyan

Paytaxt sakinlərindən Şəhriyar Məmmədyarovun qadınlarla bağlı qalmaqal yaradan fikirlərinə reaksiya

Polkovnik-leytenant arvadının kotteclərini satıb ziyanı ödəmək istəyir

Dəhşətli istilər gəlir: Temperatur 43 dərəcəyə yüksələcək

Azərbaycanda ana autizmli övladlarını qəsdən zəhərləyib?

Çingiz Əhmədov Şəhriyar Məmmədyarovu dəstəklədi: "Bütün sahələrdə kişilər öndədirlər"

Ağdam sakini Şəkidə ov tüfəngi ilə özünü öldürüb

Bakıda türk dünyasının ilk müştərək film layihəsi ilə əlaqədar görüş keçirilib

Norveç, İrlandiya və İspaniya Fələstini suveren ölkə kimi tanıyıb

Ərdoğan: “İsrail Qəzzada dayandırılmasa, dünya yeni münaqişələrlə üzləşəcək”

Ən çox oxunanalar