Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müharibədə Ukraynaya dəymiş ziyan...

Zelenski müharibədənUkraynaya dəymiş ziyanı 400 milyard dollar qiymətləndirib...

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə müharibə ilə bağlı ölkəsinə dəyən ziyanın 400 milyard dollar olduğunu bildirib.

Poliqon xəbər verir ki, Ukrayna prezidenti bunu Niderlandda mətbuat konfransında çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu rəqəm Dünya Bankının qiymətləndirməsinə əsaslanır və yalnız Ukraynanın nəzarətində olan ərazilərə dəymiş ziyanı nəzərə alır.

Zelenski aydınlaşdırıb ki, zərərin qiymətləndirilməsi, xüsusilə enerji və nəqliyyat infrastrukturunun, binaların dağıdılması, ətraf mühitə, səhiyyə və mədəniyyət obyektlərinə dəyən ziyanı əhatə edir.

Aprel ayında Dünya Bankı və BMT-nin hesablamalarına görə, hərbi əməliyyatlar zamanı Ukraynanın enerji, qaz və istilik infrastrukturuna dəyən ümumi zərər 10 milyard dolları ötüb.

2022-ci il oktyabrın 21-də Avropa Şurası Avropa Komissiyasına (AK) Ukraynanın yenidən qurulması və bərpası üçün sanksiyaya məruz qalan aktivlərin ötürülməsi mexanizmini hazırlamağı tapşırıb. Aprel ayında AK hərbi əməliyyatla əlaqədar Ukraynaya təzminat ödənilməsi üçün Rusiyanın aktivlərinin müsadirəsinə icazə verib. ABŞ Ukraynanın bərpası üçün Rusiya Mərkəzi Bankından vəsaitlərin köçürülməsi imkanlarını araşdırır. Rusiya Bankı daha əvvəl Qərbdə bloklanan Rusiya ehtiyatlarının ümumi həcmini 300 milyard dollar qiymətləndirmişdi.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Gürcüstanın Baş naziri: ABŞ-nin sanksiyalar söhbəti qeyri-ciddidir

Soyuq may ayında qiyməti ilə “hərarətləndirən” kafelər: Bulvardakı vəziyyət nə zaman düzələcək? - Video

Bahar Muradova: “Nikah yaşı ilə bağlı artıq təklif irəli sürülüb”

Ən çox oxunanalar