Çərşənbə axşamı, 27 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İŞİD-çi qız moda dünyasının nüfuzlu simasına çevrilib... - Foto

İŞİD-ə qoşulmaq ittihamı ilə 6 il Britaniya həbsxanasında yatmış Tarina Şakil İnstaqram fenomeninə çevrilib...

2014-cü ildə 26 yaşında İŞİD-ə qoşulmaq üçün Suriyaya gedən britaniyalı qız karyerasında dəyişiklik etməyə çalışır və özünü onlayn moda məkanlarında növbəti böyük sima kimi göstərir.

Poliqon xəbər verir ki, bu barədə The Yerusalem Post qəzeti məlumat yayıb.

Tarina Şakil ilk dəfə 2014-cü ildə İŞİD-ə qoşulmaq üçün 14 aylıq oğlu ilə birlikdə İngiltərədən Suriyaya getdikdən sonra ictimaiyyətin diqqətini çəkib. Lakin o, cihadçı yaraqlı qruplaşmanın qadın üzvü kimi yeni həyatından narazı olduğuna tez qərar verdb və cəmi üç ay sonra Suriyadan Türkiyəyə qaçıb.

O, Böyük Britaniyaya qayıtdıqdan sonra həbs olunub və əvvəlcə qaçırıldığını və iradəsinin ziddinə olaraq Suriyaya aparıldığını iddia etsə də, sonradan məlum olub ki, o, həqiqətən də öz iradəsi ilə terrorçulara qoşulub.

O da məlum olub ki, İŞİD-də keçirdiyi üç ay ərzində İŞİD döyüşçüləri ilə rahat evlilik gözləyən bir qrup qadınla birgə yaşayıb.

Nəhayət, o, İŞİD-ə qoşulduğuna görə dörd il, sosial şəbəkələrdəki paylaşımlar vasitəsilə başqalarını terror aktları törətməyə təhrik etdiyinə görə isə daha iki il həbs cəzasına məhkum edilib. Hökmə əsasən, o, de-radikalizasiya proqramı keçməli idi. 2019-cu ildə həbsdən çıxandan sonra Şakil çoxsaylı televiziya müsahibələrində çəkdirdiyi fotoşəkillərdən, eləcə də həbs cəzasına məhkum edilərkən yaadığı şokdan danışıb.

İndi, bəlkə də İŞİD-ə qoşulduğuna görə Şakil, “O Qız Tam Tam” adı ilə internetdə paylaşım edərək, moda dünyasında nüfuzlu şəxs olmaq üçün səylərini sərf etmək qərarına gəlib.

Onun paylaşmalarına moda postları, geyim ideyaları, dünya üzrə səyahətlərinin foto və videoları daxildir.

Görünür, Suriyadakı macəraları onun səyahətinə mane olmayıb, çünki həbsdən çıxandan sonra İspaniya, İtaliya, Albaniya və Mərakeşə səyahət edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Rəqibindən Nəsiman Yaqublunun faciəvi ölümünə reaksiya

Kardioloq ürək üçün ən təhlükəli 7 vərdişi açıqlayıb

BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkib

Pakistan sıxılmış qaz almaq üçün Rusiya ilə danışıqlar aparır

Bakıda yataqxanada baş verən yanğın zamanı 5 nəfər təxliyə olunub - Yenilənib

Pavel Durov Hüseyn Həsənovla səhər yeməyi yeyib

Xərçəng böhranı : ABŞ şirkəti anti-Rusiya sanksiyalarına görə müflis olur...

Ən çox oxunanalar