Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Latviya rusları: Bizi müdafiə etməyə ehtiyac yoxdur, gedin Haaqada özünüzü müdafiə edin...

Rusdilli latviyalılar Kremlin Riqa siyasətinə müdaxiləsinə qarşı piket keçiriblər...

Latviyada yaşayan rusdilli əhali Rusiya səfirliyi qarşısında piket keçiriblər.

Poliqon xəbər verir ki, bu barədə Latviya mətbuatı yazıb.

Yerli rusların Rusiya səfirliyi qarşısında aksiya keçirməsinə səbəb isə Dövlət Dumasının “Baltikyanı ölkələr rəhbərliyinin rusdilli əhaliyə münasibətdə repressiv siyasətinin yolverilməzliyi haqqında” bəyanatı olub. Latviyanın “Delfi” nəşrinin yazdığına görə səfirlik qarşısında etiraz aksiyası keçirən rusdilli sakinlər onları Rusiya ilə eyniləşdirməməyi tələb ediblər.

Rusiya rəhbərliyi cəmiyyətimizi sistemli şəkildə zəhərləyir. Moskva Latviyanın rus və rusdilli sakinlərindən öz maraqlarını təbliğ etmək, təsir dairəsini saxlamaq, ölkəmizdə və bütövlükdə Baltikyanı ölkələrdə gərginlik mühiti yaratmaq üçün istifadə edir”, deyə etirazçılar bildiriblər.

Etirazçılar qeyd ediblər ki, Moskva aqressiv təbliğat, sözdə yumşaq güc, yalan və manipulyasiya yolu ilə təsir dairəsini genişləndirməyə çalışır.

“Bizi qorumağa və ya azad etməyə ehtiyac yoxdur. Gedin Haaqada özünüzü müdafiə edin, işğal etdiyiniz ölkələri və xalqları azad edin və nəhayət, bizi rahat buraxın!”, deyə deyə piket təşkilatçıları səfirliyin qarşısında bəyan ediblər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

HƏMAS İsraillə atəşkəsə razılaşıb - Yenilənib

Rusiya sülhməramlılarının növbəti karvanı Xocalı aeroportunu tərk edib, Goranda qatarlara yüklənir

Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb

Ən çox oxunanalar