Çərşənbə axşamı, 28 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaradağ rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Velosiped yarışı keçirilib

Mayın 6-da Qaradağ rayonu Lökbatan qəsəbəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Qaradağ Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı, və Respublika Olimpiya Velosiped Məktəbinin birgə təşkilatçılığı velosiped yarışı keçirilib...

Qaradağ rayonunda yerləşən bütün ümumtəhsil müəssisələrini əhatə edən yarışda 120 nəfərədək yuxarı sinif şagirdi iştirak edib.

Poliqon xəbər verir ki, tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Respublika Olimpiya Velosiped Məktəbinin direktor müavini Gülnarə Malikova bildirdilər ki, müasir Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönü hazırda ölkəmizin hər yerində, o cümlədən Bakının Qaradağ rayonunda geniş qeyd edilir. Bu gün keçirilən velosiped yarışı Ulu Öndər Heydər Əliyevin gənclərə sağlam həyat tərzi ilə bağlı etdiyi tövsiyələrinin tərkib hissəsidir. Eyni zamanda Ulu Öndərlə əlaqədar gənclərin iştirakı ilə keçirilən tədbirlər gənclərdə vətənpərvərlik hisslərini artırmaq, onları dövlətçilik və milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə etməkdir. Velosiped yarışı gənclər arasında fiziki aktivliyin yüksəldilməsinə də xidmət edir.

Natiqlər yarışda iştirak edənlərə qalibiyyət və uğurlar arzuladılar. Hakimlər yarışın qaydaları barədə iştirakçıları təlimatlandırdıqdan sonra yarışa start verildi. Yarış Lökbatan qəsəbəsində müəyyən olunmuş marşrut üzrə həyata keçirildi.

Yarışın yekununda qaliblərə Qaradağ rayon Heydər Əliyev Mərkəzində mükafatlar təqdim olundu. Yarışda iştirak edən məktəb komandaları arasında 139 nömrəli məktəb birinci yeri, 14 nömrəli Bakı Peşə Məktəbi ikinci yeri, 166 nömrəli məktəb-lisey isə üçüncü yeri tutdular.

Yarışın təşkilinə göstərilən dəstəyə görə hakimlər komandasına da diplomlar təqdim olundu.

Fotolar

Poliqon.info


Etiket: Qaradağ rayonu


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Emin 4 il əvvəl boşandığı modellə yenidən evləndi

Libidosu ən yüksək olan bürclər açıqlandı - Video

Zaqatalada 44 yaşlı qadın odlu silahla qətlə yetirilib, qardaşı saxlanılıb

Bu prospektdəki məşhur dairə ləğv edildi - Video

Zakir Həsənov: Azərbaycan Ordusu azad edilmiş ərazilərdə mövqelərini daha da möhkəmləndirir

Azərbaycan Prezidenti bütün ölkələri planeti xilas etmək naminə həmrəylik nümayiş etdirməyə çağırıb

İlham Əliyev: Azərbaycan həmişə inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə həmrəy olub

Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd olunur

Emil Alxaslını kim və niyə qoruyur? - “SOCAR Downstream Management” şirkətinin etdiyi özbaşınalıqlara “dur” deyən olacaq?..

Ən çox oxunanalar