Çərşənbə axşamı, 28 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Qırmızı dənizdə husilərin PUA-sını vurub

ABŞ Qırmızı dəniz üzərində husilərə məxsus pilotsuz təyyarənin məhv edildiyini bildirib...

Poliqon xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yəmən husilərinin Qırmızı dənizdə buraxdığı pilotsuz uçan aparatı məhv etdiyini açıqlayıb. Agentlik iddia edir ki, PUA bölgədəki ABŞ hərbi gəmiləri və ticarət gəmiləri üçün birbaşa təhlükə yaradıb.

“6 may 2024-cü il tarixində saat 10:47-də (Səna vaxtı ilə) ABŞ Mərkəzi Komandanlığı qüvvələri Qırmızı dəniz üzərində İranın dəstəklədiyi husi terrorçuları tərəfindən buraxılan bir pilotsuz uçuş sistemini uğurla hücuma keçirib və məhv edib”, deyə komandanlığın bəyanatında deyilir.

Qeyd olunur ki, ABŞ ordusunun həyata keçirdiyi tədbirlər gəmiçiliyin mühafizəsinin təmin edilməsinə və beynəlxalq sularda təhlükəsizliyin gücləndirilməsinə yönəlib.

Xatırladaq ki, Husilər hərəkətlərini İsraillə müharibədə Fələstinin HƏMAS hərəkatına dəstək verməklə izah edirlər. Ötən ilin dekabrında ABŞ Qırmızı dənizdə naviqasiya azadlığını təmin etmək üçün çoxmillətli missiyanın işə başladığını elan edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda üç zavod satışa çıxarıldı - Qiymətlər

Prezident və birinci xanım “Crescent Mall” ticarət mərkəzinin açılışında iştirak ediblər - Yenilənib

Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib

Deputatdan müəllimlərin əməkhaqları ilə bağlı mühüm təklif

Ermənistanda Rusiyapərəst hakimiyyət yaranarsa, Cənubi Qafqazda balans necə dəyişə bilər?

Azərbaycanda ən yaşlı qadın və kişi seçicinin adı açıqlanıb 

Çin XİN Zelenskinin Siyə çağırışına cavab verib

İmişlidə ağır cinayət - atasının qətlini sifariş etməkdə şübhəli bilinən şəxs tutuldu        

Ən çox oxunanalar