Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanda rusiyapərəst blogerə cinayət işi açılıb

Ermənistanın İstintaq Komitəsi (İK) rusiyayönlü bloger Miki Badalyana qarşı erməni qərbyönümlü internet resurslarından birinin jurnalisti Jirair Voskanyanın şikayətindən sonra cinayət işi açıb.

Poliqon xəbər verir ki, bu barədə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Voskanyan hüquq-mühafizə orqanlarına bildirib ki, mayın 5-də axşam saatlarında İrəvanın mərkəzindəki klubların birində Badalyan və dostları onunla mübahisə edib, ona hörmətsiz əl jestləri göstərib, telefonunu alaraq sonra geri qaytarıblar, nəticədə mobil cihaz zədələnib.

"Alınan məlumatla əlaqədar "bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq" və "özbaşınalıq" maddələri ilə cinayət işi başlanıb", deyə komitənin saytında dərc olunan məlumatda qeyd edilir.

Mətbuat xidmətindən bildirilib ki, araşdırma zamanı hadisə iştirakçılarının əməllərinə hüquqi qiymət verilməsi məqsədilə hadisənin baş vermə şəraitinin aydınlaşdırılması istiqamətində tədbirlər davam etdirilir.

Blogerin vəkilləri Erik Aleksanyan və Aleksandr Koçubaev bildiriblər ki, əllərində Badalyanın Voskanyanyana qarşı zorakılıq etmədiyinə dair təkzibolunmaz sübutlar var. Vəkillərin bəyanatında qeyd olunur ki, onların müdafiəsi istənilən vaxt müstəntiqin qarşısına çıxmağa hazırdır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş konsert proqramı keçirilib

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Ancelina Colinin iki sevgilisinin olduğu üzə çıxdı - Onlar kimlərdir?

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Şamaxıda dəm qazı 63 yaşlı qadını öldürüb

“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub

Sel suları Xaçmaz-Quba yolunda avtomobillərin hərəkətini çətinləşdirib

İmtahana hazırlaşanların nəzərinə: Günün bu saatları dərs oxusanız, beyin...

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü 

İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib

Ən çox oxunanalar