Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çin lideri 25 il əvvəlki hücumu unutmayıb...

Serbiya səfərindən əvvəl Çin prezidenti Si Szinpin bildirib ki, NATO-nun 25 il əvvəl Belqraddakı Çin səfirliyinə endirdiyi zərbələri unutmaq olmaz...

Poliqon xəbər verir ki, Si Tsinpin bu barədə Serbiya mətbuatında dərc olunan və mətni Çin Xarici İşlər Nazirliyinin yaydığı məqaləsində bildirib.

"Bu gün NATO-nun Yuqoslaviyadakı Çin səfirliyinə açıq-aşkar hücumunun 25-ci ildönümüdür və nəticədə üç çinli jurnalist - Şao Yunxuan, Xu Sinxu və onun həyat yoldaşı Çju Yinq həlak olub. Biz bunu unutmamalıyıq. Çin xalqı sülhə dəyər verir, lakin belə faciəvi tarixin təkrarlanmasına heç vaxt imkan verməyəcək", deyə Si Tsinpin yazıb.

Çin lideri həmçinin qeyd edib ki, həmvətənlərin qanı ilə möhürlənmiş Çin-Serbiya dostluğu Çin və Serb xalqlarının ümumi yaddaşında qalacaq və onları irəliyə doğru böyük addımlar atmağa ruhlandıracaq.

24 mart 1999-cu ildə NATO qüvvələrinin Yuqoslaviyanı bombalaması başlayıb, Çinin Belqraddakı səfirliyi NATO bombardmanıyla vurulub. Zərbə nəticəsində 3 nəfər ölüb, 20-dən çox adam yaralanıb. NATO-nun bombardmanı 87-si uşaq olmaqla 2,5 mindən çox insanın ölümünə və 100 milyard dollarlıq ziyana səbəb olub.

Si Tsinpin mayın 5-dən 10-dək Avropa turundadır və bu səfər çərçivəsində Fransa, Serbiya və Macarıstanda olacaq. Serbiya prezidenti Aleksandr Vuçiçin administrasiyası əvvəllər Çin prezidentinin mayın 7-8-də Serbiyaya səfər edəcəyini açıqlamışdı.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş konsert proqramı keçirilib

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Ancelina Colinin iki sevgilisinin olduğu üzə çıxdı - Onlar kimlərdir?

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Şamaxıda dəm qazı 63 yaşlı qadını öldürüb

“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub

Sel suları Xaçmaz-Quba yolunda avtomobillərin hərəkətini çətinləşdirib

İmtahana hazırlaşanların nəzərinə: Günün bu saatları dərs oxusanız, beyin...

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü 

İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib

Ən çox oxunanalar