Çərşənbə, 29 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: İlin sonuna kimi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanacaq...

Ceyhun Bayramov və Ararat Mirzoyan mayın 10-da Qazaxıstanın Almatı şəhərində görüşəcək...

Zeynal Əmrəliyev: “Almatı görüşündə mühüm gözləntilər var, irəli doğru mühüm qərarlar qəbul ediləcəyi gözləniləndir”.

“Müzakirələrin başlaması üçün əsas problem qeyri-anklav kəndlərlə bağlı idi, həmin problem də bir güllə belə atılmadan öz ədalətli həllini tapdı”.

Bu sözləri politoloq Zeynal Əmrəliyev AzərbaycanErmənistan xarici işlər nazirlərinin növbəti gözlənilən görüşünü Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, AzərbaycanErmənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan mayın 10-da Qazaxıstanın Almatı şəhərində görüşəcək. Arart Mirzoyan görüş barədə nikbin danışıb və vurğulayıb ki, iki ölkə arasında müəyyən anlama var.

Almatı görüşündə hansısa irəliləyişlər mümkün ola bilər?

AzərbaycanErmənistan arasında baş verən son prosesləri Poliqon-un əməkdaşı politoloq Zeynal Əmrəliyev ilə müzakirə edib.

Zeynal Əmrəliyev: “Məsələnin ən maraqlı tərəfi tərəflərin birbaşa, vasitəçisiz ünsiyyət qurub uğur qazanmasıdır. Bu çox mühüm məsələdir”.

Almatı görüşündə mühüm gözləntilər olduğunu qeyd edən poliqtoloq Poliqon-a bildirib ki, Qazaxıstanda irəliyə doğru mühüm addımlar atılacağı gözləniləndir:

“İndiyə qədər iki ölkə arasında müəyyən təmaslar olub və uğurlar qazanılıb. Müzakirələrin başlaması üçün əsas problem qeyri-anklav kəndlərlə bağlı idi, həmin problem də bir güllə belə atılmadan öz ədalətli həllini tapdı. Bu mühüm irəliləyişdir. Bundan sonra sərhədlərin delimitasiyası ilə bağlı uğurlu fəaliyyət gedir.

Düzdür, hazırda Ermənistan daxilində Tavuşun dini rəhbəri Baqrat Qalstyanın rəhbərlik etdiyi və keçmiş prezident Robert Köçəryanın yaxından dəstəklədiyi aksiyalar gedir. Ancaq bu aksiyaların uğur qazanması ehtimalı çox zəifdir. Çünki erməni xalqı bu qüvvələrin, Köçəryan-Sarkisyan qrupunun hakimiyyətini bir dəfə görüb. Onlara yenidən etimad göstərilməsi ehtimalı çox zəifdir. Buna görə də, baş tutan aksiyalar uğursuz olacaq, lakin Ermənistanda bu aksiyalar bəzi kriminal qrupları fəallaşdıra bilər.

Zeynal Əmrəliyev: “Ermənistanın yeganə yolu Azərbaycanla sülh imzalamaq və regional əməkdaşlıq formatına qoşulmadır”.

Almatı görüşündə mühüm gözləntilər var, irəli doğru mühüm qərarlar qəbul ediləcəyi gözləniləndir. Ermənistanın yeganə yolu Azərbaycanla sülh imzalamaq və regional əməkdaşlıq formatına qoşulmadır. Çünki Ermənistan Rusiya orbitində qopub, Brüssel görüşüdə göstərdi ki, Qərbədə çox güvən olmaz. Buna görə İrəvan üçün ən yaxşısı Azərbaycanla problemləri həll etməkdir. Məsələnin ən maraqlı tərəfi isə tərəflərin birbaşa, vasitəçisiz ünsiyyət qurub uğur qazanmasıdır. Bu çox mühüm məsələdir.

Gözlənti budur ki, bu ilin sonuna kimi AzərbaycanErmənistan arasında sülh müqaviləsi imzalanacaq”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Emil Alxaslını kim və niyə qoruyur? - “SOCAR Downstream Management” şirkətinin etdiyi özbaşınalıqlara “dur” deyən olacaq?..

Bu prospektdəki məşhur dairə ləğv edildi - Video

Rusiya hər tərəfdən mühasirəyə alınıb - Medvedev

Avropa İttifaqı Gürcüstanla bağlı bəyanat yayıb

Ağdamda mina partlayışı olub, ANAMA əməkdaşının ayağı amputasiya edilib - Yenilənib

Prezident və birinci xanım Xocalıda 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar - Yenilənib

Erməni katolikosu "Sardarapat" memorial kompleksinə buraxılmadı

İspaniyanın ardınca daha iki dövlət Fələstini rəsmən tanıdı

Putin: Ukrayna ilə bağlı danışıqları İstanbulda qoyulmuş əsasda davam etdirməyə hazırıq

Ən çox oxunanalar