Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilər hazırkı ruh vəziyyətləri ilə Ermənistanı hara daşımağa çalışırlar?

Erməni mediası və sosial şəbəkə istifadəçiləri bir neçə gündür, Azərbaycan Ordusunun genişmiqyaslı müharibəyə hazırlaşdığını iddia edir...

İlyas Hüseynov: “Ermənistan mətbuatında yazılır ki, ani şəkildə Azərbaycan Ermənistana hücum edəcək. Bu tamamilə yalandır, cəfəngiyyatdır. Azərbaycanın belə bir fikri yoxdur”.

ErmənistanAzərbaycan arasında bütün mübahisələr siyasi danışıqlar yolu ilə həll olunmalıdır”.

Bu sözləri politoloq İlyas Hüseynov Ermənistan mətbuatında Azərbaycanla bağlı yazılanları Poliqon-a şərh edərkən qeyd edib.

Erməni mediası və sosial şəbəkə istifadəçiləri bir neçə gündür, Azərbaycan Ordusunun genişmiqyaslı müharibəyə hazırlaşdığı, hətta ehtiyatda olan hərbi qulluqçuların təlimlər üçün çağırıldığını iddia edir. Bunu Tavuş ətrafında yaranmış vəziyyətlə də, Zəngəzur uğrunda genişmiqyaslı müharibənin anonsu kimi şərh edənlər var. Belə görünür ki, Ermənistanda istər hakimiyyət, istərsə də müxalifət xalqı Azərbaycanla qorxutmağa çalışır.

Bu baxımdan Ermənistandakı mövcud siyasi-psixoloji vəziyyəti necə dəyərləndirmək olar? Ermənilər hazırkı ruh vəziyyətləri ilə Ermənistanı hara daşımağa çalışırlar?

Mövzunu Poliqon-un əməkdaşı Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “Azərbaycan çox rasional şəkildə bütün məsələlərin həllinə nail olmaqda qərarlıdır”.

Azərbaycanın media məkanında da ləkələmək, qaralamaq kompaniyasının davam etdiyini qeyd edən politoloq bildirib ki, erməni lobbisi və Ermənistanın arxasında duran qüvvələr bu fəaliyyəti təşkil edirlər:

Ermənistan tərəfi artıq uzun müddətdir ki, belə bir yalanı formalaşdırmağa çalışır. Guya ki, Azərbaycan Ermənistana hücum edəcək, bu istiqamətdə artıq qərar verilib və güc toplayır. Ermənistan mətbuatında yazılır ki, ani şəkildə Azərbaycan Ermənistana hücum edəcək. Bu tamamilə yalandır, cəfəngiyyatdır. Azərbaycanın belə bir fikri yoxdur.

Əksinə Azərbaycan danışıqların, dinc münasibətlərin qurulmasının, dövlətlərarası əlaqələrin formalaşmasının, sülh müqaviləsinin imzalanmasının tərəfdarıdır. Bir daha təkrar edirəm ki, Ermənistana hücum etmək planlarımız yoxdur. ErmənistanAzərbaycan arasında bütün mübahisələr siyasi danışıqlar yolu ilə həll olunmalıdır.

İlyas Hüseynov: “Təəsüflər olsun ki, Ermənistanın daxilində gedən proseslər, sülh razılaşmasına müqavimət göstərən qüvvələr himayə olunur və cəsarət toplayırlar”.

Təəssüflər olsun ki, Azərbaycanın media məkanında da ləkələmək, qaralamaq kompaniyası davam edir. Erməni lobbisi və Ermənistanın arxasında duran qüvvələr bu fəaliyyəti təşkil edirlər.

Eyni zamanda kəndlərlə bağlı razılaşmanın əldə olunması siyasi cəhətdən mühüm irəliləyişdir, Azərbaycanın diplomatik qələbəsidir. Təəsüflər olsun ki, Ermənistanın daxilində gedən proseslər, sülh razılaşmasına müqavimət göstərən qüvvələr himayə olunur və cəsarət toplayırlar. Lakin ümid edirəm ki, bunun bir nəticəsi olmayacaq. Azərbaycan çox rasional şəkildə bütün məsələlərin həllinə nail olmaqda qərarlıdır”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş konsert proqramı keçirilib

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü 

“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub

Şamaxıda dəm qazı 63 yaşlı qadını öldürüb

İmtahana hazırlaşanların nəzərinə: Günün bu saatları dərs oxusanız, beyin...

İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - Yenilənib + Fotolar

Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır

Ən çox oxunanalar