Çərşənbə axşamı, 27 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ÜST-nin Azərbaycandakı nümayəndəsi valideynlərə müraciət edib

ÜST-nin Azərbaycandakı nümayəndəsi peyvəndləmə ilə bağlı valideynlərə müraciət edib...

"Biz valideyn olaraq uşaqlarımızı qorumaq üçün əlimizdən gələn hər şeyi edirik. Uşaqlarımıza bütün lazımi peyvəndləri vaxtında vurdurmağımız onları qorumaq üçün edə biləcəyimiz ən yaxşı addımdır".

"Report"un Qərb bürosu xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi və ölkə ofisinin rəhbəri Dr. Hande Harmancı İmmunlaşdırma Həftəsi ərzində Göygöl rayonunda təşkil edilmiş tədbirdə deyib.

"Ümid edirəm ki, immunlaşdırma kampaniyası bu mesajı bütün ailələrə çatdırmağa kömək edir. Biz bütün tərəfdaşlarımızla birlikdə dövrümüzün ən vacib insan həyatını xilas edən vasitə hesab olunan peyvəndləri təbliğ etməyə davam edəcəyik", - Dr. Harmancı bildirib.

Qeyd edək ki, Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Uşaq Fondu (UNICEF) tərəfindən Avropa İmmunlaşdırma Həftəsində Qobustan, Yevlax, Mingəçevir və Göygöl rayonlarında peyvəndlərlə bağlı maarifləndirmə xarakterli silsilə tədbirlər təşkil edilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qadınlar həmişə bu bürcün kişilərinə aşiq olurlar - Yaxşı hipnoz edirlər

Rəqibindən Nəsiman Yaqublunun faciəvi ölümünə reaksiya

Tramp ABŞ-ın Ukraynaya görə sursatsız qaldığını deyib

Gəncə şəhər stadionunun yenidən qurulması niyə məhz “İnşaatçı 3” MMC-yə verildi

Bakıda yataqxanada baş verən yanğın zamanı 5 nəfər təxliyə olunub - Yenilənib

Makron Durovun saxlanılmasına münasibət bildirdi

Laçın Şəhəri Günü Həkəri çayının sahilində müxtəlif tədbirlərlə davam edib

Ən çox oxunanalar