Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vüqar Rəhimzadə: Zərifə xanım Əliyevanın zəngin irsi daim öyrənilməli, gənc nəslə çatdırılmalıdır

Zərifə xanım Əliyeva oftalmologiya tarixinə zəngin səhifələr yazıb...

Azərbaycanda tibb elminin inkişafında xüsusi xidmətlər göstərmiş görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmişdir. Görkəmli oftalmoloq alim səmərəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərləri həmişə yüksək səviyyədə qiymətləndirilib. Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyası məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə yaradılmışdır. Zərifə Əliyeva respublikada yüksəkixtisaslı kadrların hazırlanması işinə gərgin əmək sərf etmiş, gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslini formalaşdırmışdır. Zərifə xanım Əliyevanın adı hər zaman böyük fəxrlə, qürur hissi ilə çəkilir. Əməlləri ilə insanlığın zirvəsində dayanan Zərifə xanım yalnız peşə borcunu yerinə yetirməklə kifayətlənməmiş, torpağını, xalqını, Vətənini sevən bir vətəndaş kimi üzərinə düşən vəzifələrə layiqincə əməl etməyə, yaşadığı illəri silinməz izləri ilə ictimaiyyətə təqdim etməyə, ən əsası sağlığında əfsanəyə çevrilərək yaratdığı məktəbdən neçə-neçə nəslin bəhrələnməsinə çalışmışdır. Gözlərə nur paylayaraq insanları yenidən həyata bağlayan Zərifə xanım seçdiyi peşəsinin dərinliklərini öyrənməklə, yeni müalicə metodlarını araşdırmaqla bu prinsipi fəaliyyətinin əsasına çevirmişdir: “Gözlər qəlbin aynasıdır” deyirlər. Bu aynanın daha da şəffaflaşması üçün Zərifə xanım əldə etdiyi biliklə, təcrübə ilə kifayətlənməyərək daim yeniliklər axtarışında olmuşdur. Azərbaycanda traxomanın kökünün kəsilməsini qarşısına məqsəd qoyan Zərifə xanım Əliyeva bu problemin nə qədər çətin və mürəkkəb olduğunu çox yaxşı bilirdi. Bu səbəbdən Zərifə xanım təhsilini Moskva şəhərində Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda davam etdirmiş və ixtisasartırma kursunu müvəffəqiyyətlə başa çatdırdıqdan sonra Vətənə qayıtmışdır. O, 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayan Zərifə Əliyevanın uğurlu tədqiqatlarının nəticələri 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil etmişdir. Bu sahə üzrə ixtisaslaşaraq, tibb elmləri namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və ölkəmiz bu xəstəlikdən xilas olur. Buna görə də Azərbaycanda traxomanın sosial xəstəlik kimi ləğvi məhz Zərifə xanım Əliyevanın adı ilə bağlıdır.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə vurğulayıb ki, Zərifə xanım Əliyeva oftalmologiya tarixinə zəngin səhifələr yazıb. Onun səhiyyənin inkişafına verdiyi töhfələr, bu sahədə böyük xidmətləri daim yüksək dəyərləndirilib. Görkəmli alimin qazandığı hər bir titul böyük səylərin, yorulmaz və fədakar zəhmətin, insanlara sonsuz sevginin nəticəsi idi. Zərifə xanım SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüş ilk qadın alimdir. Zərifə xanım Əliyevaya insanların sevgisini şərtləndirən əsas amil mərhəmət, xeyirxahlıq, vətənpərvərlik kimi ali dəyələrin vəhdətini fəaliyyətində birləşdirməsi idi.

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Zərifə xanım Əliyeva elmi fəaliyyəti ilə yanaşı, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı kimi də bir nümunə yaratmışdır. O, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı olaraq daim dahi liderə dəstəyini göstərmişdir. Nəticədə bu xoşbəxt ailənin hər bir üzvü dövlətə, xalqa xidməti fəaliyyətinin əsas prinsipinə çevirərək böyük məktəb yaratmışdır. Dahi şəxsiyyət Heydər Əliyev ömür-gün yoldaşı ilə bağlı xatirələrində bildirmişdir ki, Zərifə xanım kimi həyat yoldaşım olduğuna və məhz o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə həmişə özümü xoşbəxt hiss etmişəm. Ümummilli Lider, eyni zamanda, bildirmişdir ki, Zərifə xanım çox böyük alim olub. O, çox istedadlı, xeyirxah, sadə insan idi.

Zərifə xanım Əliyeva Azərbaycana qalibiyyət sevincini yaşadan möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin anasıdır. Heydər Əliyev və Zərifə Əliyeva məktəbindən bəhrələnən Prezident İlham Əliyev hər bir uğurunun təməlində milli ruhun, vətənpərvərlik ruhunun əsas amil kimi dayandığını məqsədyönlü və titanik fəaliyyəti ilə bir daha təsdiqləyir.
Bu gün Zərifə xanım Əliyevanın yüksək humanizm və insanpərvərlik ənənələrini Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyeva davam etdirir. Mehriban xanım Əliyeva Heydər Əliyev irsinin təbliği məqsədilə yaradılan Heydər Əliyev Fondunun prezidenti kimi dahi şəxsiyyətin xidmətlərinin gənc nəslə çatdırılmasında biri-birindən önəmli layihələrin müəllifidir. Prezident İlham Əliyev Zərifə xanımı dərin ehtiramla xatırlayaraq bildirir: “Onun bütün fəaliyyəti, gördüyü bütün işlər insan amilinə dayanırdı. Çünki o, həm peşəkar həkim, eyni zamanda çox xeyirxah insan idi. Böyük Lider, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı olan Zərifə xanım bütün işlərdə ona dayaq olur, onu dəstəkləyirdi. Hər bir insan üçün valideynləri əziz və müqəddəsdir. Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdu.” Zərifə xanım bir həkim, alim və vətəndaş kimi bütün ömrü boyu xalqı üçün çalışdı, bir qadın və ana kimi ideal obraz yaradaraq xalqın qəlbində daim yaşayır, ehtiramla yad edilir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Ən çox oxunanalar