Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramov ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin nümayəndə heyəti ilə görüşüb

Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib...

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ-da fəaliyyət göstərən “Xəzər Siyasət Mərkəzi”nin ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Poliqon.info-ya Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə Xəzər regionunda siyasi, iqtisadi, təhlükəsizlik vəziyyəti, bu sahələr üzrə tədqiqatların aparılması sahəsində əməkdaşlıq məsələləri və perspektivlər, o cümlədən regionda mövcud vəziyyət müzakirə olunub.

Nazir ölkəmizin də bir hissəsi olduğu Xəzər dənizi regionu üzrə elmi-analitik tədqiqatların aparılmasının vacibliyindən bəhs edərək, Azərbaycanın beyin mərkəzləri ilə əməkdaşlıq məsələlərinə əhəmiyyət verdiyini bildirib. Azərbaycanda fəaliyyət göstərən beyin mərkəzləri ilə sıx əməkdaşlığın qurulması, əlaqələrin inkişaf etdirilməsinin Mərkəzin fəaliyyətinə töhfə verəcəyinə dair inam ifadə edilib.

C.Bayramov post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, AzərbaycanErmənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar, sülh gündəliyinin irəli aparılması sahəsində fəaliyyət və mövcud çağırışlar barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

Ermənistanın əldə edilmiş razılaşmaların həyata keçirilməsi istiqamətində öhdəliklərindən boyun qaçırmasının bölgədə davamlı sülh və təhlükəsizliyin təmin olunmasına, iki ölkə arasında münasibətlərin normallaşmasına təhdid törətdiyi diqqətə çatdırılıb. Laçın-Xankəndi yolunda yaradılmış sərhəd-keçid məntəqəsi qərarının mahiyyəti barədə məlumat verilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Poliqon.info


Etiket: Ceyhun Bayramov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Putinin Bakıya prinsipial səfərindən nələr gözlənilir?

Qayınanasının fotosunu paylaşıb bunları yazdı

Prezident Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularını təltif edib - Siyahı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay