Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şahzadə Uilyamla bağlı şok iddia: Pul alaraq, ittihamı geri götürüb...

Şahzadə Uilyamın qəzetlə gizli anlaşmasının təfərrüatları qardaşı şahzadə Harrinin vəkili Devid Şerbornun məhkəməyə təqdim etdiyi sənədlər arasında olub...

Poliqon xəbər verir ki, İngiltərə kralı III Çarlzın oğlu, şahzadə Harrinin The Sun News Group Newspapers (NGN) nəşrinə qarşı qarşı “şəxsi həyatın məxfiliyini pozmaq” iddiası ilə qaldırdığı ittiham davam edərkən, məhkəmə iclasında taxtın varisi olan şahzadə Uilyamın qəzetlə sövdələşmə getdiyinə dair sənədlər üzə çıxıb. Onun qarşı tərəfdən yüksək məbləğdə ödəniş aldığı iddia edilib.

“CNN Türk” telekanalının məlumatına görə, Ali Məhkəmədəki araşdırılan işdə şahzadə Uilyamın Rupert Murdoka məxsus News Group Newspapers (NGN) qəzetindən pul alaraq, “şəxsi həyatın məxfiliyini pozmaq” şikayətindən imtina etdiyi iddia olunub.

Şahzadə Uilyam ilə NGN arasında müqavilənin 2020-ci ildə baş tutduğu, onu ötən il dünyasını dəyişən Kraliça II Elizabetin imzaladığı bildirilir. Prosesin Elizabetin razılığı ilə həyata keçirildiyi irəli iddia olunub.

2020-ci ildə krallıq vəzifələrindən imtina edərək ABŞ-da məskunlaşan şahzadə Harri İngiltərədəki digər media qurumlarına qarşı “şəxsi həyatın məxfiliyini pozmaq” ittihamı ilə iddia qaldırıb. Şahzadə Harri hazırda NGN də daxil olmaqla üç media qrupuna qarşı üç ayrı hüquqi mübarizə aparır. Belə ki, NGN-lə yanaşı, “Associated Newspapers Limited” və “Sunday Mirror”un naşiri “Reach PLC”yə qarşı da məhkəmə iddiaları davam edir.

Qeyd edilir ki, şahzadə Harri NGN-ə qarşı məhkəmə prosesində qalib gələrsə, 200 min funt-sterlinqdən çox təzminat tələb edəcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bakıda və Abşeronda süxurun qanunsuz daşınması faktı aşkarlandı

55 nəfərin zəhərləndiyi toyun keçirildiyi restoran sahibi danışdı

Bayden namizədlikdən imtina etdikdən sonra ilk dəfə Harrislə mitinqdə iştirak edib

Dəniz kənarında batan avtomobili çıxarmaq üçün çağırılan evakuator da batdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay