Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Krala dəvət yollamaq Tehranın regional təhdidlərini azaldacaqmı? - Təhlil

Əgər İran diplomatiyanın bu yeni dövründən istifadə edərək bölgədəki döyüşkənliyini birdən-birə artırarsa, bu, Səudiyyə Ərəbistanı ilə yeni əlaqələri sarsıda bilər...

Poliqon xəbər verir ki, bazar ertəsi regional media məlumatına görə, İran Səudiyyə Ərəbistanı kralını ölkəsinə səfərə dəvət edib. Bununla bağlı The Yerusalem Post qəzeti analitik məqalə ilə çıxış edib.

Qeyd edilir ki, İranla Səudiyyə Ərəbistanı arasında əlaqələrin inkişaf Fars Körfəzində geniş şəkildə işıqlandırılır. Bu, İran-Səudiyyə barışıqındakı son addımdır və ölkələr əlaqələri bərpa etməyə, həmçinin səfirlikləri yenidən açmağa və münasibətləri normallaşdırmağa çalışırlar.

Bu addımın region üçün böyük nəticələri ola bilər? Əgər İran Səudiyyə Ərəbistanının kralını bir lider kimi qəbul edərsə, bölgədəki gərginlik bir müddət də olsa azalmış ola bilər. Digər tərəfdən, İranSəudiyyə Ərəbistanı əlaqələri bərpa etməyə tələssələr də, hər iki ölkə gözləntilərinin yerinə yetirilmədiyini görə bilərlər.

“Al-Arabiyya”nın məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü bazar ertəsi günü iki regional rəqibin mart ayında Çinin vasitəçiliyi ilə əldə edilmiş razılaşmadan sonra İranın Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləzizi ölkəyə səfərə dəvət etdiyini bildirib. Xəbərdə deyilir ki, “İran prezidenti Ər-Riyadın dəvəti müqabilində Səudiyyə kralına dəvət göndərib”.

Məlumatda həmçinin deyilir ki, hər iki ölkənin nümayəndə heyətləri öz diplomatik missiyalarını rəsmi olaraq bərpa etməyə hazırlaşır və Tehran bu missiyaların mayın 9-dək fəaliyyətə başlayacağını bildirib. Ümumilikdə görünür ki, İran, Ər-Riyadla əlaqələrin bərpa edilməsini yüksək qiymətləndirir, lakin bu, İran üçün hələlik əsas məsələ deyil. Körfəz ölkələrində dəvətlə bağlı yayılan məlumatlar bir-birindən fərqlənir. Dəvətin necə alındığına dair aydın məlumat yoxdur. Çünki İran liderinin Səudiyyə Ərəbistanına dəvət edildiyi haqqında xəbərləri Ər-Riyad təsdiqləməyib.

Səudiyyə Ərəbistanı İrana yardım etmək istəyir

Ümumi tendensiya aydındır. Səudiyyə Ərəbistanı tez bir zamanda İranla əlaqə sağlamlaşdırmağa çalışır və iranlılar bu səylərə cavab vermək istəyirlər. Tehranın Ər-Riyadla inkişaf edən “perspektivli yol”la bağlı nikbin olduğunu deyir. Bu, Səudiyyə Ərəbistanının Yəməndəki münaqişəni sona çatdırmaq ümidi kimi digər hadisələrlə də əlaqəlidir.

İran da münaqişənin bitməsini istəyir. Bundan əlavə, İran Səudiyyə ƏrəbistanıSuriya ilə bağlı hadisələrə müsbət baxır və Suriyanın Ərəb Liqasına yenidən qoşula biləcəyinə ümid edir.

İranın Xarici İşlər Nazirliyinin fikrincə, İsrail “tənəzzüldədir”. Bu səbəbdən İran Ər-Riyadla əlaqələrə dair yeni hadisələri və həmçinin Suriyanın ərəb ölkələri ilə necə daha sıx əməkdaşlıq etdiyini nümayiş etdirməkdən məmnundur. İran illərdir ki, Körfəz ölkələrinin İsrailə yaxınlaşmasından şikayətlənirdi.

Əslində isə yəhudi-ərəb razılaşmalarından sonra İran BƏƏ, Bəhreynə və həmçinin Səudiyyə Ərəbistanına qarşı ifrat ritorika irəli sürmüşdü. İndi İran bu ritorikadan əl çəkib. Bu, İran kimi ölkələrin dövlət mediasının hökumət xəttini izləmək üçün nə qədər tez səfərbər oluna biləcəyini göstərir. Çünki cəmi bir neçə il əvvəl İran Körfəz ölkələrinin əsasən ABŞ-a işlədiyindən və İsraillə əlaqələri normallaşdırdığından şikayətlənirdi.

İndi ortada çoxlu suallar var və bu sualalar ibarətdir ki, İranSəudiyyə Ərəbistanının gözləntiləri yaxın günlərdə və aylarda yerinə yetiriləcəkmi? Səudiyyə kralı həqiqətən İrana səfər edəcəkmi? Bəs Vəliəhd Şahzadə? Səfirliklərin yenidən açılması necə baş verəcək? Bəs Səudiyyə Ərəbistanına səfər edən iranlılar?

Həll edilməli daha çox mürəkkəb məsələlər var. Dəvətlərlə bağlı xəbərləri yaymaq asandır, lakin bu yüksək səviyyəli səfərləri reallaşdırmaq və hər iki ölkənin inkişaflardan razı qalması tamamilə başqa məsələdir. Məsələn, İranın ilk növbədə Səudiyyə Ərəbistanı ilə diplomatik əməkdaşlıq edəcəyini göstərməyə çalışdığı üçün nüvə silahı əldə etməyə davam edəcəyi ehtimalı varmı? Aydındır ki, əgər İran nüvə silahı əldə etməyə cəhd edəcəksə, Ər-Riyad bundan narahat olacaq.

Krala dəvət xəbərinin və digər addımların nüvə məsələsini və ya ən azı İrandan gələn təhdid ritorikasını yavaşlatacağı inandırıcıdır. Digər tərəfdən, İran diplomatiyanın bu yeni dövründən bölgədəki döyüşkənliyini birdən-birə artırmaq üçün istifadə edərsə, bu, Səudiyyə Ərəbistanı ilə yeni əlaqələri sarsıda bilər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bakıda və Abşeronda süxurun qanunsuz daşınması faktı aşkarlandı

Bayden namizədlikdən imtina etdikdən sonra ilk dəfə Harrislə mitinqdə iştirak edib

Dəniz kənarında batan avtomobili çıxarmaq üçün çağırılan evakuator da batdı

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay