Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Budanov: Rusiyanın qış-yaz hücumu uğursuzluğa düçar oldu…

“31 mart 2023-cü ildə Rusiyanın "qış-yaz" hücumunun növbəti cəhdi uğursuz oldu və indi işğalçılar demək olar ki, bütün cəbhə xətti boyunca müdafiəyə keçdilər”.

Poliqon xəbər verir ki, bunu “Radio NV”yə müsahibəsində Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib. Onun sözlərinə görə, martın 31-də Rusiyanın işğalçı qüvvələri Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə daxil olmağı planlaşdırıblar.

“Yenə də deyirəm ki, bu, hətta beşinci uğursuz cəhd də deyil. Hazırda Rusiyada strateji hücum əməliyyatı keçirmək üçün heç bir hücum potensialı yoxdur və yaxın gələcəkdə də olmayacaq. Bu, ilk deyiləcək şeydir”, deyə Budanov bildirib.

Ukraynanın hərbi kəşfiyyatının rəhbəri bildirib ki, Rusiya strateji müdafiə əməliyyatına keçib. İndi düşmənin vəzifəsi işğal olunmuş əraziləri saxlamaq və Ukraynanın əks-hücum əməliyyatını pozmaqdır.

“Bunların hamısı həll etdikləri vəzifələrdir. İki istisna var: Baxmutu tutmaq cəhdi, amma burada da açıq şəkildə demək lazımdır ki, onlar Baxmutu 2022-ci ilin iyunundan bəri tuturlar. Ona görə də tezliklə Baxmut uğrunda döyüşlərin təqvim ili olacaq. Orada vəziyyət mürəkkəbdir, lakin Baxmut dayandığı kimi hələ də dayanır. İkincisi: şimal tərəfdən Avdievkanın yarım mühasirəyə almağa cəhd edirlər ki, ordan Maryinka hücum etmək imkanı əldə etsinlər”, deyə Budanov sözlərini yekunlaşdırıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Birlikdə özlərini meşədə asan boşanmış qadının və 11 yaş kiçik sevgilisinin fotoları - Video, Yenilənib

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Rektorun sahib olduğu mülklərin siyahısı: Universitet, kollec, orta məktəblər, klinika

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

ABŞ mediası Qarabağ müharibəsini Ukraynadakı münaqişə ilə müqayisə edib

Ən çox oxunanalar