Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna ordusunun əks-hücumu nə qədər uğurlu ola bilər?.. - Təhlil

Ukraynanın hava üstünlüyü olmadan əks hücumu çətin və riskli olacaq...

Kiyevin elan etdiyi əks-hücum əməliyyatı riskli olacaq. Çünki bu əməliyyat ordunun bütün qollarının birgə fəaliyyətini tələb edəcək və hava üstünlüyü olmadan həyata keçirilməli olacaq.

Poliqon xəbər verir ki, bu barədə Financial Times nəşrinin analizində bildirilir. Nəşr yazır ki, müttəfiqlərin hələ də Ukraynaya müasir F-16 qırıcılarını verməkdən imtina etməsi hazırlanan əks-hücum əməliyyatını risk altına atır.

FT qeyd edir ki, Qərbin döyüş tanklarının dəstəklədiyi 35 mindən çox Ukrayna əsgəri 950 km-lik cəbhə xəttində 140 mindən çox düşmən əsgəri ilə qarşılaşmalı olacaq. Məqalədə deyilir ki, onları ölümcül minalanmış ərazi, torpaq istehkamlar və ruslar tərəfindən yaradılmış tank əleyhinə qurğular gözləyir.

“Yaz əks-hücumunun ilk mərhələsində gözləntilər daha yüksək ola bilməzdi” deyə nəşr vurğulayır.

FT xatırladır ki, Moskva ilə danışıqlar zamanı Ukraynanın mövqeyinin nə dərəcədə möhkəm olacağını döyüş meydanındakı vəziyyət müəyyən edəcək.

Döyüş çətin olacaq. Hərbiçılər və FT-yə müsahibə verən analitiklər bildiriblər ki, əks-hücum əməliyyatları artilleriya və tanklardan tutmuş kəşfiyyatçılara və mühəndislərə qədər ordunun qolları tərəfindən sinxron şəkildə fəaliyyət həyata keçirməsini təlb edir.

“Bu, birləşmiş silahlı birləşmələrin nəhəng koordinasiyasını tələb edir. Hər kəs öz rolunu dəqiq oynamalıdır. Bu isə çox yüksək riskdir”, deyə bu cür əməliyyatlarda böyük təcrübəyə malik keçmiş Britaniya kral mühəndis birliyinin zabiti Nik Qunnell nəşrə bildirib.

Məqalədə qeyd olunur ki, ukraynalıların vəzifəsi onların hava üstünlüyünün olmaması ilə çətinləşir. FT xatırladır ki, tankların iştirak etdiyi sonuncu böyük döyüş 2003-cü ildə ABŞ-ın rəhbərlik etdiyi koalisiya ilə sovet T-72-ləri ilə təchiz olunmuş İraq ordusu ilə döyüşdə baş verib. Həmin döyüşdə müttəfiqlərə yerüstü hücum təyyarələri və Apaçi helikopterləri dəstək verib.

Yerdə Ukrayna hərbçilərinin Qərb zirehli texnikası olacaq. Ukrayna ordusu Britaniyanın “Challenger” tankları, Almaniyanın “Leopard”ları, Amerikanın “Bradley” döyüş maşınları və “Archer” özüyeriyən haubitsaları ilə döyüşə atılacaq. Lakin onlar rus qırıcılarından etibarlı hava örtüyündən məhrum olacaqlar. Qunnellin sözlərinə görə, Ukrayna ordusu bu texnikalarla rusların istehkamlarını darmadağın etməyə qadirdirlər. Lakin havadan müdafiə üçün Qərb hələ də Ukraynanı Amerikanın F-16 kimi müasir döyüş təyyarələri ilə təmin etməkdən imtina edir.

“Yerüstü hücumda klassik yanaşma düşmən xəttinin arxasından, bir və ya bir neçə sahədən keçmək və düşmənin ağırlıq mərkəzinə cəmləşmiş zərbə vurmaqdır. Belə əməliyyatlarda hava üstünlüyü olmayan uğurlu nümunələrə nadir hallarda rast gəlinir”, deyə Britaniyanın keçmiş zirehli piyada batalyonunun komandiri Ben Barri FT-yə bildirib.

Nəşr yazır ki, may ayına qədər yer zirehli manevrlər üçün kifayət qədər möhkəm olacaq. Məqalədə qeyd olunur ki, bu vaxta qədər Qərbin Ukraynaya daha çox zirehli texnika və mühəndislik avadanlığı, məsələn, ən son 2,6 milyard ABŞ dolları yardım paketində olan zirehli körpü təbəqələri çatdırmağa vaxtı olacaq.

Məqalədə əks-hücumun yeri ciddi şəkildə təsnif edilir və bildirilir ki, Rusiya üçün strateji əhəmiyyətli şəhərlərdən biri Melitopoldur, bu şəhərin azad edilməsi rus qoşunlarını iki yerə böləcək. Rusiya ordusunin bir hissəsi Ukraynanın şərqində digər hissəsi isə cənubda, o cümlədən Krımda sıxışıb qalacaq. Təhlükəni dərk edən ruslar bu bölgədə müdafiəyə çoxdan hazırlaşıblar.

FT-yə görə, Rusiya müdafiəsi adətən mexanikləşdirilmiş bölmələri yavaşlatan “əjdaha dişləri” adlanan piramidal beton sütunların ardınca minalanmış sahədən ibarətdir. Onların arxasında daha bir mina sahəsi, 400 metr aralıda xəndəklər və qazma quyuları, daha 500 metr aralıda isə tank əleyhinə xəndək var.

Qunnell izah edib ki, əks-hücum üçün ən sərfəli yer seçilməlidir.

Əks-hücumun ilk addımı mina sahəsi boyunca tankların və digər zirehli texnikanın keçə biləcəyi 5 m enində zolağı təmizləmək, sonra “əjdahanın dişlərini”, ehtimal ki, şumla təchiz olunmuş tanklarla çıxarmaq və sonra xüsusi körpü avadanlığı ilə xəndəyi keçmək lazımdır

“Hər şey sürətə bağlıdır” deyə Qunnell bildirib

Analitiklərin FT-yə verdiyi məlumata görə, ən çətini Ukrayna ordusunun kiçik manevrlər həyata keçirə bilsə də, bu miqyasda birləşmiş silahlı əməliyyatlarda məhdud təcrübəyə malik olduğunu nəzərə alsaq, müxtəlif bölmələrin sinxronlaşdırılmasıdır.

Nəşr həmçinin yazır ki, Ukrayna ordusu müharibə dövründə 120 minə yaxın insan itirib, onların arasında çoxlu təcrübəli hərbiçilər də var. ABŞ kəşfiyyatının sızdırılmış məlumatlarına görə, əks-hücum Kiyevin gözlədiyindən daha məhdud hədəflərlə bitə bilər. Eyni zamanda, FT xatırladır ki, Ukrayna ordusu əvvəllər bir neçə dəfə lazımınca dəyərləndirilməyib.

Britaniya ordusunun keçmiş zabiti və Ukrayna parlamentinin müdafiə komitəsnin müşaviri Qlen Qrant, FT-yə bildirib ki, Ukraynanın hücumu sərt və sürətli olsa və qısa zaman ərzində rusların arxasına keçilərsə, cəbhə xətti dağılacaq və ruslar Xarkov yaxınlığında əks-hücum zamanı etdikləri kimi qaçacaqlar.

“Bu halda Rusiyanın müdafiə xətti böyük ölçüdə faydasız olacaq və bundan sonra əks-hücum ukraynalılar planlarına uyğun gedəcək”, deyə Qrant əlavə edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Futbol üzrə Avropa çempionatının rəmzi komandası açıqlanıb

Daşkəsənin yeni icra başçısı ictimaiyyətə təqdim olunub

Azərbaycanın Tehrandakı səfirliyinin yeni inzibati binası istifadəyə verilib

2024-cü ilin ən yaxşı müdafiəçisi bəlli olub

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

Coratda dənizdə batan gəncin meyiti tapılıb - Yenilənib

Tramp vitse-prezidentliyə namizədinin adını açıqlayıb

Ən çox oxunanalar