Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qüdsdə İranla bağlı nə planlayırlar? - Şahənşahın oğlu İsrailə səfər edəcək ...

1979-cu il İran inqilabının nəticəsində devrilmiş İran şahının sürgündə olan oğlu Rza Pəhləvi bu həftə İsraildə səfərdə olacaq...

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyinin məlumatında bildirilir..

Xəbərdə qeyd olunur ki, İsrail hökuməti Rza Pəhləvi indiyə qədər İsrailə açıq səfər edəcək “ən yüksək səviyyəli İran şəxsiyyəti” adlandırıb.

Xatırladaq ki, İsrail və İran ABŞ-ın dəstəklədiyi Şah rejimi zamanı daha isti əlaqələrə malik idilər. İnqilabdan sonra isə iki dövlət düşmənə çevrilib.

İsrail öz bəyanatında Rza Pəhləvinin səfərinin “İsraillə İran xalqı arasında körpü yaratmaq və ayətullah rejiminə birgə müxalif mövqe ifadə etmək” məqsədi daşıdığını bildirib.

Həmçinin İsrail hökumətinin bəyanatında bildirilir ki, Pəhləvi İranın yəhudi və ərəb qonşularıyla əlaqələrini yeniləməyə çalışacaq. İran şahının oğlu isə qeyd edib ki, İranın demokratikləşməsi heç də uzaqda deyil.

“Məncə, o gün həmişəkindən daha yaxındır”, deyə Rza Pəhləvi vurğulayıb.

Qeyd edək ki, səfər zamanı Pəhləvi İsrailin rəsmi Holokost anım mərasimində iştirak edəcək.

Xatırladaq ki, İranda şahlıq zamanı da digər xalqlar bir çox hüquqlarından məhrum edilmişdilər

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Putinin Bakıya prinsipial səfərindən nələr gözlənilir?

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Qayınanasının fotosunu paylaşıb bunları yazdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay