Çərşənbə axşamı, 27 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bolqarıstan da Ukraynadan taxıl idxalına qadağa qoymaq istəyir

Bolqarıstan hökuməti Ukraynadan taxıl idxalına müvəqqəti qadağa qoyulmasını müzakirə edir...

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Bolqarıstan kənd təsərrüfatı naziri Yavor Qeçev bildirib.

Yavor Qeçev deyib ki, Bolqarıstan Nazirlər Kabinetində Macarıstan və Polşa kimi Ukraynadan taxıl idxalına qadağa müzakirə olunur: “Bolqarıstanın marağını qorumaq vacibdir. Əgər iki dövlət belə addım atırsa, biz bunu etmiriksə, o halda ərazimizdə Ukrayna taxılının həcmi atacaq”.

Nazir ehtimal edir ki, aprelin 18-də – çərşənbə axşamı qərarın qəbulu üçün zəruri informasiyalar toplanacaq, eni zamanda Bolqarıstan Prezidenti Rumen Radevlə müzakirə aparılacaq.

Qeyd edək ki, Avropa Komissiyası Polşa və Macarıstanın birtərəfli qaydada Ukraynadan taxıl idxalına qadağa qoymasını qəbuledilməz sayıb.

Xatırladaq ki, Polşa aprelin 15-də Ukraynadan kənd təsərrüfatı məhsullarını idxalına müvəqqəti qadağa qoyub. Həmin gün Macarıstan da anoloji qərar qəbul edib.

Bundan əvvəl aprelin 1-də “Associated Press“-in yaydığı məlumatda bildirilmişdi ki, Macarıstan, Polşa, Rumıniya, Slovakiya və Bolqarıstan bu ölkələrdən toplanmaqda olan Ukrayna taxılı ilə bağlı problemlə əlaqədar Avropa İttifaqına müraciət edib. Bu ölkələr Avropa İttifaqından humanitar məqsədlərlə taxılın alınması və nəqliyyat infrastrukturunun inkişafının sürətləndirilməsi üçün dəstək göstərilməsi imkanlarının araşdırılmasını istəyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qadınlar həmişə bu bürcün kişilərinə aşiq olurlar - Yaxşı hipnoz edirlər

Rəqibindən Nəsiman Yaqublunun faciəvi ölümünə reaksiya

Tramp ABŞ-ın Ukraynaya görə sursatsız qaldığını deyib

Gəncə şəhər stadionunun yenidən qurulması niyə məhz “İnşaatçı 3” MMC-yə verildi

Bakıda yataqxanada baş verən yanğın zamanı 5 nəfər təxliyə olunub - Yenilənib

Makron Durovun saxlanılmasına münasibət bildirdi

Laçın Şəhəri Günü Həkəri çayının sahilində müxtəlif tədbirlərlə davam edib

Ən çox oxunanalar