Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“The Jerusalem Post”: Yaxın Şərqdə iftardan diplomatiya vasitəsi kimi istifadə edilir - TƏHLİL

Poliqon.info saytı “The Jerusalem Post”un "Yaxın Şərqdə Ramazan iftar diplomatiyası üçün istifadə olunur" yazısını təqdim edir:

Səudiyyə Ərəbistanı-İran barışığı və Türkiyənin hərəkətləri regionun necə dəyişdiyinin və diplomatiyanın birinci yerə qoyulmasının iki təməl daşıdır.

Yaxın Şərqdə ölkələr müqəddəs Ramazan ayından görüşlər keçirmək və bölgədəki çatları sağaltmaq məqsədi daşıyan diplomatiya ilə məşğul olmaq üçün istifadə edirlər.

Bu unikal fürsətdir və vacibdir. Çünki keçmişdə gərginlik yaşayan bir çox ölkələr indi diplomatiyanın yeni erasına doğru birgə işləməyə çalışırlar. Bu əlaqə vacibdir və iştirak edən ölkələrin bir çoxu bunun sabitliklə nəticələnəcəyinə inanır.

Səudiyyə Ərəbistanının İraqdakı səfirləri İranla danışıqlar aparır

Məsələn, Səudiyyə Ərəbistanının və İranın İraqdakı səfirləri iftar görüşü keçirirblər. “Saudi Gazette”nin məlumatına görə, Səudiyyə Ərəbistanının İraqdakı səfiri Əbdüləziz Əl-Şəmmari İranın Bağdaddakı səfiri Məhəmməd Əl-Sadiqin verdiyi iftar ziyafətində iştirak edib. İraq paytaxtında akkreditə olunmuş bir sıra səfirlər də iftara qatılıb.

Səudiyyə Ərəbistanının Norveçdəki səfiri Amal Yəhya Əl-Müəllimi də iftar süfrəsi verib, Norveçdə akkreditə olunmuş ərəb və İslam diplomatik missiyalarının başçıları ilə birlikdə, İran səfiri Əli Rza Yusifini də dəvət edib.

İranSəudiyyə Ərəbistanının sosial media hesabları bu görüşləri xüsusi vurğulayaraq, tərifləyib. İftar diplomatiyası İranla Səudiyyə Ərəbistanının yenidən diplomatik postların açılması və ticarət və qarşılıqlı əlaqələrin artırılmasını əhatə edəcək barışıq üzərində işlədiyi bir vaxtda baş verir.

“Sazişin imzalanması və telefon danışıqları bütün dünyada iki ölkənin diplomatik korpusunun üzvləri arasında mehribanlıq mühiti yaradıb. Ramazan ayı iki ölkənin İraq və Norveçdəki səfirlərinin iftar süfrələrində görüşməsinin şahidi oldu ki, bu da Pekin razılaşmasının aktivləşdirilməsində irəliləyişin olduğunu və münasibətlərin normala döndüyünü təsdiqləyir”, deyə “Saudi Gazette” qeyd edib.

İranın “Mehr News” agentliyi də bu hadisələrin əhəmiyyətini vurğulayıb: “Müqəddəs Ramazan ayı münasibətilə İranın İraqdakı səfiri Məhəmməd Kazım Əl-Sadiq İran İslam Respublikasının ərəb ölkəsindəki səfirliyində iftar süfrəsi verib. Ziyafət Qərbi Asiya regionu ölkələrini birləşdirmək məqsədi ilə keçirilib”.

Səudiyyə Ərəbistanı Şri-Lanka və Pakistanda da iftar proqramlarına başlayıb. Bunlar İslam birliyini və təbliğini təşviq etmək üçün nəzərdə tutulsa da, açıq şəkildə Səudiyyə Ərəbistanının imicinə kömək edir və insanların bir-biri ilə görüşməsinə imkan verir.

Türkiyə və Misirlə yanaşı İsrail də iftar mərasiminə ev sahibliyi edir

İnternet mənbələrində yazılanlara görə, Türkiyənin Misirdəki diplomatı da iftar tədbirinə ev sahibliyi edib. Bu, Türkiyənin Misirdə təbliğat aparmaq cəhdini nümayiş etdirir. Uzun illərdir Ankaranın Misirlə soyuq münasibəti olub, lakin ötən il daha çox barışıq cəhdləri ilə yadda qalıb. Ramazan Ankaranın Misirdəki mühüm fiqurlarla əlaqə saxlaması və onlarla ünsiyyət qurması üçün bir yol olaraq istifadə olunur.

Yaxın Şərq və Şərqi Aralıq dənizi Araşdırmaları Mərkəzinin direktoru Dalia Ziadanın hesabatına görə, türk diplomat Salih Mutlu Şen "Bizim köklü tarixi əlaqələrimiz heç vaxt qırılmayıb. İki xalqın daha yaxşı gələcəyinə diqqət yetirin” deyə açıqlama verib.

Şen keçən il Qahirəyə təyin olunub. Uzun illər Misirdə səfiri olmayan Ankara martın ortalarında bu ölkə ilə münasibətlərini səfir səviyyəsinə yüksəldəcəyini bildirmişdi. Şen 2015-2020-ci illərdə Türkiyənin İslam Əməkdaşlıq Təşkilatındakı nümayəndəsi olub. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun tezliklə Misirə səfər edəcəyi bildirilir.

Ramazan ayı ilə bağlı mesajları izləyən müşahidəçilər İsrail Xarici İşlər Nazirliyinin iftar mərasiminə ev sahibliyi etdiyini də qeyd ediblər.

"Yeni Ərəb" saytı qeyd edib ki, İordaniya, Bəhreyn və BƏƏ-dən olan səfirlər də İsrail Xarici İşlər Nazirliyinin təşkil etdiyi Ramazan tədbirinə dəvət olunublar. Nazirlik aprelin 3-də tədbirlə bağlı Tvitter hesabında qeyd edib ki, “Xarici işlər naziri Eli Koenin ev sahibliyi ilə İsrail XİN-də müsəlman diplomatlar və yüksək vəzifəli məmurlar iftar süfrəsinə qatılıblar... İştirakçılar arasında Misir, Türkiyə, Bəhreyn, Birləşmiş Ştatların səfirliklərinin səfirləri və diplomatları da var idi. Ərəb Əmirlikləri, Mərakeş, Albaniya, Qazaxıstan, Kosovo, Tanzaniya, həmçinin Çad və Azərbaycan olub".

ABŞ-ın İsraildəki səfirliyi də iftar süfrəsi təşkil edib. “Səfir Tom Nides ABŞ-da 3 həftəlik ABŞ Hökuməti tərəfindən maliyyələşdirilən Beynəlxalq Ziyarətçi Liderlik Proqramından qayıdan Sahnin, Arraba, İlaboun, Kaukab Abu al-Hija və Kabil şəhərlərindən bir qrup ərəb merləri və mühəndislərini salamladı", deyə səfirliyin saytında qeyd olunub.

Bütün Yaxın Şərqdə müqəddəs ay təbliğat məqsədilə istifadə edilib. Bu, ölkələr və qruplar arasında gərginliyin Yaxın Şərqi təhdid edən qeyri-sabitlik və ekstremizmin əsasının qoyulduğu əvvəlki illərdən fərqli olaraq vacibdir. Səudiyyə Ərəbistanı-İran barışığı və Türkiyənin davranışları regionun necə dəyişdiyinin və diplomatiyanın birinci yerə qoyulmasının iki təməl daşıdır.

https://www.jpost.com/middle-east/article-738988

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Putinin Bakıya prinsipial səfərindən nələr gözlənilir?

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Qayınanasının fotosunu paylaşıb bunları yazdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay