Cümə axşamı, 08 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qoz ağacından bel, dırmıq sapı, balta... - Gəncə İH-nin tender verdiyi “Safari” MMC kimindir?

Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTİB) təsərrüfat mallarının satın alınması ilə bağlı müsabiqəyə yekun vurub...

Qaynarinfo xəbər verir ki, satınalma müsabiqəsinin qalibi "Safari” MMC olub. Satınalma müqaviləsinin maliyyə dəyəri 86 477,24 AZN təşkil edir.
Müsabiqənin şərtlərindən məlum olur ki, "Safari” MMC MKTİB-ni qoz ağacından hazırlanmış bel, dırmıq sapı, qazon darağı, motomişar, balta və bu kimi təsərrüfat malları ilə təmin edəcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Safari” MMC 8 iyun 1999-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Qusar rayonu, Qusar şəhəri, Şərifov küçəsi, ev 23-də yerləşir. MMC-nin qanuni təmsilçisi Verdixanov Mübariz Eygün oğludur.

"Safari” MMC 24 ildir fəaliyyət göstərməsinə baxmayaraq, açıq mənbələrdə barəsində hər hansı məlumata rast gəlinmir.

Mübariz Verdixanov isə yerli mediada "tender kralı” kimi təqdim edilir. O, "Safari” MMC ilə yanaşı daha iki şirkətin qanuni təmsilçisidir. Bu şirkətlər "Safari Bak Upak” MMC və "Pioneer” MMC-dir.

Mediada "Safari Bak Upak” MMC-nin təsisçiləri kimi keçmiş deputat Asya Manafovanın qardaşı Mikayıl Manafovla keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun oğlu Lətif Bağırovun adı çəkilir.

Hüseynqulu Bağırov

Asya Manafovanın qardaşı Mikayıl Manafov o zaman 5 saylı Quba-Qusar Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin direktor müavini olub.
Mikayıl Manafov 2010-cu ildə həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israfetmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.


Asya Manafova

Bu maddələrlə təqsirli bilinən Mikayıl Manafov 7 il 6 ay müddətinə şərti olaraq azadlıqdan məhrum edilib.

Araşdırmalarımız zamanı məlum olub ki, Mübariz Verdixanovun şirkətləri əsasən icra hakimiyyətlərinin keçirdiyi tenderlərin qalibi olur.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovdur. O, 2018-ci ildə bu vəzifəyə təyin edilib. Gəncə MKTİB-nin rəisi isə Nurəhməd Əhmədovdur. O, Niyazi Bayramovun sərəncamı ilə 2022-ci ildə bu vəzifəyə təyinat alıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İşdən çıxarılan icra başçısı kimdir? - Dosye

Poddubnının həlak olması ilə bağlı məlumat təkzib olunub - Yenilənib

“Neftçala Aqropark” kimlərə görə və nə üçün faəliyyətə başlaya bilmir?

Mərdəkanda 52 yaşlı kişi tüfənglə qətlə yetirilib -  Cinayət işi başlanıb

Pezeşkian Xameneidən İsrailə hücumdan çəkinməyi xahiş edib

Qaçaqmalçılıq cinayətlərinin törədilməsinə şərait yaradan gömrük işçiləri həbs edilib

"Salamat yeri yox idi" - Veteran yerləşdirildiyi psixiatriya xəstəxanasında döyülüb?

Paris-2024: Həsrət Cəfərov yarımfinalda azərbaycanlı güləşçi ilə qarşılaşacaq - Yenilənib

İlham Əliyev Berdiyevin vəfatı ilə bağlı başsağlığı verdi

Paris-2024: Azərbaycan güləşçisi bürünc mükafat uğrunda görüşdə uduzub

Türkiyədə daha bir onlayn platformaya giriş bağlandı    

Ən çox oxunanalar