Çərşənbə axşamı, 20 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyaya neftinə qarşı sanksiyalar dəniz yollarında sıxlıq və ekoloji problem yaradır...

Qərbin Rusiya neft məhsullarına tətbiq etdiyi məhdudiyyətlər qlobal gəmiçilik xəritəsini yenidən formalaşdırır…

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyinin təhlilində bildirilir.

Qlobal yanacaq tədarükçüləri dizel və digər neft məhsullarını daşımaq üçün daha uzun, daha bahalı, daha çox karbon buraxılan marşrutlara üz tuturlar, çünki Qərbin Rusiya yüklərinə tətbiq etdiyi məhdudiyyətlər qlobal enerji nəqli modellərini dəyişib.

Avropa İttifaqının fevralın 5-dən qüvvəyə minən Rusiya yanacağının idxalına qadağası nəticəsində rus benzin, dizel yanacağı, təyyarə yanacağı və ağ neft kimi təmiz neft məhsullarını Braziliyaya daşınması uzun vaxt aparır. Rusiyadan Brazilyaya neft daşıyan tankerlər 16-18 gün ərzində yollarda qalır. Bir gəminin Rusyadan Avropaya səyahat etməsi üçün isə ünvana görə 4-6 gündən bir qədər artıq vaxt tələb olunur.

Qadağa tətbiq edildikdən sonra Baltik Birjasında dünyanın ən ümumi marşrutlarından bəziləri üzrə benzin və dizel kimi yanacaqların daşınması üçün orta yük tariflərini ölçən Net Tanker İndeksi iki dəfədən çox artıb.

Nəqliyyat xəritəsinin yenidən çəkilməsi keçən il Ukraynanı işğal etməsi səbəbiylə Qərbin Rusiyanı cəzalandırma cəhdlərinin təsirlərinin altını baş verir və siyasətçilər infilyasiya və qlobal bir iqtisadi gərginlik riskindən narahat olsalar belə, baş verənlər yanacaq təchizatının etibarsızlığını artırır və qiymətləri yüksəldir. “Vortexa” neft analitikası firmasının yük daşıma üzrə analitiki Dilan Simpson 31 mart tarixli qeydində “Yalnız səfərlər çox uzanmadı, həm də gəmilərin davranışı da dəyişdi və gəmilərin digər CPP (təmiz neft) bazarlarında işləməsinə mane oldu” deyə yazıb.

“Refinitive” və “Kpler” birja qruplarının nəqliyyat məlumatlarına görə, Rusiya nefti Braziliya, Türkiyə, Nigeriya və Mərakeşdəki uzaq alıcılara doğru gedir, bununlada Moskva itirilmiş Avropa bazarını kompensasiya edir. Avropa isə Asiya və Yaxın Şərqdən yanacaq idxal edir.

Şimal-Şərqi Asiyada yerləşən iki neft emalı zavodundakı mənbələr bildiriblər ki, Asiya yükləri öz növbəsində Afrikada və Aralıq dənizinin şərqində Rusiya yanacağı ilə sıxlıq yaşanır və tankerlər müvəqqəti saxlanmaq üçün Sinqapurdakı saxlama mərkəzinə yönləndirilirlər.

Neft məhsullarından ibarət yükləri müharibədən əvvəl dörd gün ərzində Rusiya limanlarından Antverpenə daşıyan avropalı idxalçılar indi ABŞ-dan alternativ tədarük üçün 18 gün gözləməli olurlar.

Hazırda sanksiyalar fonunda ABŞ Avropanın ən çox neft tədarükçüsü kimi çıxış edir, G7, Aİ və Avstraliya isə Rusiya neftinin qimətlərini 45 dollar/barelə, dizel və benzini isə 100 dollar/barelə qədər məhdudlaşdırıb. Bu arada ABŞ-ın ənənəvi neft idxalçısı olan Braziliya Rusiyadan daha cəlbedici qiymətlərlə alışlarını artırır.

“Bununla belə, Rusiyadan Braziliyaya səyahət 18 gün və ya daha çox vaxt çəkə bilər və bir səfər 7 milyon dollara başa gəlir ki, bu da daşınma xərclərini təxminən iki dəfə artırır”,deyə, Rusiya bazarında fəaliyyət göstərən gəmi kirayəçisi bildirib.

Dizel qiymətləndirməsi üzrə şirkət rəhbəri Benedikt Corc bildirib ki, martın ilk üç həftəsində Braziliya təxminən 240 min ton Rusiya dizel və qaz yağı alıb ki, bu da Braziliya idxalının dörddə birinə bərabərdir.

“Tanker brokeri E. A. Gibson”un son hesabatına görə, fevral ayına qədər Avropa Rusiyanın əsas neft məhsulları bazarı olaraq qalıb, lakin bir ay ərzində böyük bir dönüş yaşanıb.

“VesselsValue”nin hesablamalarına görə, Rusiyadan Nigeriyaya göndərişlər noyabrda sıfır olduğu halda, mart ayında 1,88 milyard dəniz milinə yüksəlib.

Səudiyyə Ərəbistanına davamlı yükləri noyabrda 31 milyon metrik mildən martda 1,75 milyard metrik tona yüksəlib, Birləşmiş Ərəb Əmirliklərinə daşınmalar isə martda 2,85 milyard metrik tona qarşı martda 4,43 milyard metrik tona çatıb.

Həmçinin mart ayında Rusiyadan Toqoya göndərilən ekoloji cəhətdən təmiz məhsullar 973 milyon bareyə çatıb.

Bazar hesablamalarına görə, Böyük Britaniya Avropa qitəsindən Qərbi Afrikaya daşınma tarifləri standart 37.000 ton yükü olan bir tanker üçün hər tona görə qiymət 55,77 dollar göstərilib. Bu, Rusiyanın Baltikyanı limanlarından Nigeriyaya daşınmalar üçün ödədiyi bir ton üçün 174,24 dollar, Mərakeş üçün 103,84 dollar və Misir üçün təqribən 150 dollarlıq göstərici ilə müqayisə edilir.

Gəmilərin daha da irəli getməsi, ehtimal ki, tüstü bacalarından daha çox emissiyaya çevrilir.

Pandemiyadan əvvəlki məlumatlara əsasən, Avropa iqtisadi zonasına gedən bütün tankerlər üçün 10% artım onların emissiyalarını təxminən 1,5 milyon ton karbon qazı artıracaq ki, bu da Avropada ildə təxminən 750,000 avtomobilin emissiyasına bərabərdir. Bu barədə Brüsseldəki Nəqliyyat və Ətraf Mühit analitik mərkəzinin məlumat analitiki Valentin Saymon bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq

Maliyyəçi Elnur Rəhimovu “Bakı Tikiş Evi”ndən parlamentə kim və necə daşıyır?..

Azərbaycan və Rusiya prezidentləri Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar - Yenilənib

Mask Kadırova “Cybertruck” “hədiyyə” etməsini şərh edib

Azərbaycan və Rusiya prezidentləri “Bakı Ağ Şəhər”də olublar

Paytaxt sakinlərinin su sınağı: Kimdir günahkar? - Rəsmi açıqlama

Ən çox oxunanalar