Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

KTMT və Avropa missiyası Ermənistan-Azərbaycan sərhədində eyni vaxtda ola bilər?

Təşkilatın nümayəndəsi Yuri Şuvalovun dediyinə görə, KTMT Ermənistan-Azərbaycan şərti sərhədinə missiya göndərməyə hazırdır...

Politoloq: “Bu anlaşılmayan vəziyyət ilk növbədə Ermənistan hakimiyyətinin çarəsizlik və yarıtmaz siyasət aparmaq imkanlarının nəticəsidir. Əgər həqiqətən də, bu ölkənin özünün proseslərə suveren yanaşması olsaydı o heç vaxt nə Avropa İttifaqından, nə də KTMT-dən müşahidəçi dəvət etməzdi”.

“Əlbəttə ki, KTMT missiyası Azərbaycana qədəm qoymayacaq. Çünki Azərbaycan buna icazə verməyəcək”.

Bu sözləri politoloq Tofiq Abbasov KTMT-nin Ermənistan-Azərbaycan şərti sərhədinə missiya göndərməyə hazırlaşmasını Poliqon.info-a şərh edərkən qeyd edib.

Avropa İttifaqının monitorinq missiyası iki illik müddətə Ermənistana göndərildikdən sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) da bu ölkənin Azərbaycanla şərti sərhədinə öz missiyasını göndərmək istəyir. Belə ki, təşkilatın nümayəndəsi Yuri Şuvalovun dediyinə görə, KTMT Ermənistan-Azərbaycan şərti sərhədinə missiya göndərməyə hazırdır.

Dünən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da KTMT müşahidəçilərinin Ermənistan-Azərbaycan sərhədinində yerləşdirilməsinin zəruruiliyindən danışıb. Bu da onu gözstərir ki, Rusiya Ermənistandakı Avropa missiyasının işinə mane olmaq üçün KTMT-nin müşahidə missiyasının Ermənistan-Azərbaycan sərhədinində yerləşdirilməsini vacib hesab edir. Bu isə İrəvanı çox pis vəziyyətə salmaqdadır.

KTMT-nin, həm də Avropa missiyasının Ermənistan-Azərbaycan sərhədində eyni vaxtda olması mümkündürmü? Digər tərəfdən, Ermənistan KTMT-nin missiyasına icazə verməzsə, bu, İrəvanın KTMT-dəki mövqeyinə necə təsir edə bilər?

Mövzunu Poliqon.info-un əməkdaşı politoloq Tofiq Abbasovla müzakirə edib.

Tofiq Abbasov: “Əgər, KTMT-yə Ermənistan icazə verməsə, bu onun başını son dərəcə ağrıdacaq”.

Ermənistan KTMT-yə qırmızı işıq yandırdsa, problemlərinin artacağını proqnoz edən politoloq bildirib ki, Rusiya öz qəzəbini Ermənistana bildirəcək. Eyni zamanda yaşıl işıq da yandırsa, bu zaman Avropa Ermənistana olan bütün inam və etimadını itirəcək:

“Bu anlaşılmayan vəziyyət ilk növbədə Ermənistan hakimiyyətinin çarəsizlik və yarıtmaz siyasət aparmaq imkanlarının nəticəsidir. Əgər həqiqətən də, bu ölkənin özünün proseslərə suveren yanaşması olsaydı o heç vaxt nə Avropa İttifaqından, nə də KTMT-dən ya müşahidəçi dəvət etməzdi. Ermənistan Avropa İttifaqının missiyasını Fransa prezidenti Emmanuel Makronun isrası ilə dəvət etdikdən sonra indi demək olar ki, KTMT Ermənistanı küncə sıxıb. Əlbəttə ki, Nikol Paşinyan özbaşına deyil. O istər-istəməz xarici dairələrin, xarici mərkəzlərin diqtəsi ilə istənilən addımı atır.

İndi belə bir vəziyyət yaranıb. Bir yandan Qarabağ bölgəsində Ermənistanın gözləntilərini doğruldan və ya tərənnüm edən Rusiyanın sülhməramlılarıdır. Biz bilirik ki, onlar da hansı mövqedən çıxış edirlər. Sünik bölgəsində demək olar ki, Ermənistan bütün səlahiyyətləri İrana həvalə edib. Ermənistanın qalan ərazisinin müqəddaratını da Fransa və Avropa İttifaqı həll edir. Bəs onda Nikol Paşinyan, onun hakimiyyəti, onun kabineti hansı prosesləri idarə edir? O, Ermənistanın hansı hissələrinə cavabdehlik daşıyır? Paşinyan hansı strateji qərarları vermək qərarındadır? Bu suallarının heç birinin aydın cavabı yoxdur. Çünki Ermənistan suverenliyini itirib.

Tofiq Abbasov: “Düşünürəm ki, Avropa missoyasının Ermənistanda olduğu bu 2 il müddətində İrəvan nə sülhə gələcək, nə də həlli vacib məsələlərin həllində rol oynayacaq”.

Azərbaycan isə bütün prosesləri özü həll edir və heç kəsə həvalə etmir. Rəsmi Bakı bütün strateji məsələlərin həllini öz əlində saxlayır və qərarlarını da vaxtında verə bilir. Bu Ermənistan üçün bir örnək və modeldir. Ermənistan baxıb bilməlidir ki, dövlət necə olmalıdır və dövlətçilik siyasəti hansı istiqamatə həyata keçməlidir.

Əlbəttə ki, KTMT missiyası Azərbaycana qədəm qoymayacaq. Çünki Azərbaycan buna icazə verməyəcək. Necə ki, Azərbaycan Avropa İttifaqının missiyasına da qırmızı işıq yandırdı. Digər tərəfdən də gərək Ermənistan hakimiyyəti özü düşünsün ki, bu iki mərkəzin müşahidəçilərini orada necə yerləşdirəcək. Onların arasında təmas olacaqmı-olmayacaqmı? Onlar hansı səlahiyyətləri həyata keçirəcəklər? Ümumiyyətlə, sonra bu missiyaların fəaliyyətinin nəticəsi nədən ibarət olacaq?

Düşünürəm ki, Avropa missoyasının Ermənistanda olduğu bu 2 il müddətində İrəvan nə sülhə gələcək, nə də həlli vacib məsələlərin həllində rol oynayacaq. Bunula Ermənistan güya 2 il müddətinə özü üçün sərbəst və stabil vəziyyət fikirləşib. Onun yerinə də vacib məsələlərin hamısının həllini xarici qüvvələr həyata keçirsin.

Əgər, KTMT-yə Ermənistan icazə verməsə, bu onun başını son dərəcə ağrıdacaq. Çünki 2013-cü ildə də Serj Sərkisyan Avropa İttifaqı ilə münasibətlər qururdu və sentyabrda onun qulağından tutub Moskvaya gətirdilər. Ona dedilər ki, sazişə qol çək, amma ölkənin təhlükəsizlik və hərbi məsələləri bizə qalır. O sazişə də Sərkisyan qol çəkməklə bir daha özünü biabır etdi.

Tofiq Abbasov: “Ermənistan hökümətinin uzaqgörən olmayan siyasəti indi İrəvanı dalana dirəyib və bu dalandan çıxış heç də asan olmayacaq. Çünki İrəvan ya Rusiyanı bir dəfəlik rədd etməli, ya da Makronun qucağından düşməlidi”.

Odur ki, Ermənistan KTMT-yə qırmızı işıq yandırdsa, problemləri artacaq və Rusiya öz qəzəbini Ermənistana bildirəcək. Eyni zamanda yaşıl işıq da yandırsa, bu zaman Avropa Ermənistana olan bütün inam və etimadını itirəcək. Açıqcası bu durumda heç kim Paşinyanın yerində olmaq istəməzdi və Ermənistan hökümətinin uzaqgörən olmayan siyasəti indi İrəvanı dalana dirəyib və bu dalandan çıxış heç də asan olmayacaq. Çünki İrəvan ya Rusiyanı bir dəfəlik rədd etməli, ya da Makronun qucağından düşməlidi.

Bu məsələ həm də onu göstərir ki, Ermənistan xəritə üzərində qalacaq məfhuma çevriləcək. Onlar ağız dolusu deyirlər ki, Qafqazda iki Ermənistan dövləti var. Biri öz Ermənistan dövlətləri, biri də Qarabağda yaşayan ermənilərin olduqları ərazilər. Amma Ermənistan heç öz suveren hüquqlarını qoruya bilmir.

Bu proseslərin hamısında Ermənistan xalqı çox böyük yanlışlıqlara yol verir. Çünki onlar öz səlahiyyətlərini Nikol Paşinyana həvalə ediblər. Paşinyan da xalqın adından danışır. Ancaq Paşinyanın nə ağzı söz tutur, nə də dediyi sözlərinə arxasında böyük bir məna yoxdur”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dolları olanlar mütləq bu xəbəri oxusun - Vacib açıqlama

Rəşad Nəbiyevin uğursuz taksi islahatı… – yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…

Ziya Məmmədovun qardaşından sensasion açıqlama

Üzümü bu qidalarla birgə yemək olmaz! – Dietoloqdan xəbərdarlıq

Pentaqon Çinin "Sinovac" peyvəndinin diskreditasiyası ilə məşğul olduğunu etiraf edib

Borrell Çinin xarici işlər naziri ilə görüşüb

Anasını bıçaqlayan şəxs polis tərəfindən saxlanılıb - Yenilənib

Tofiq Yaqublunun məhkəməsində ittiham aktı elan olunub

Ağstafada avtomobil qəzasında yaralanan 5 nəfərin kimliyi məlum olub - Yenilənib

Ən çox oxunanalar