Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Darya Trepovanın etirafı...

Trepova etiraf edib ki, o, hərbi jurnalist Tatarski ilə görüşə büst gətirib və həmin büst partlayıb...

Rusiya Daxili İşlər Nazirliyi hərbi jurnalist Vladlen Tatarskini öldürməkdə şübhəli bilinən Darya Trepovanın videogörüntüsünü yayımlayıb. Kadrlarda qız etiraf edir ki, kafeyə büst aparıb və daha sonra həmin büst partlayıb.

“Mən ora bir büst apardım və sonra büst partladı”, deyə Trepova bildirib. Trepovanın niyə saxlandığını soruşduqda o, belə cavab verib: “Vladlen Tatarskinin qətl yerində olduğuna görə saxlanılmışam”.

Qız büstü ona kimin verdiyini deməyib. “Sonra deyə bilərəmmi?”, deyə o soruşur və bununla da video bitir.

Qeyd edək ki, hərbi jurnalist Vladlen Tatarski (əsl adı Maksim Fomin) bir gün əvvəl, aprelin 2-də Sankt-Peterburqda “Cyber Z Front” müzakirə klubunun toplantısının keçirildiyi “Street Food Bar №1” kafesində baş vermiş partlayış nəticəsində həlak olub. Hadisə zamanı 30-dan çox insan yaralanıb.

Versiyalardan birinə görə, partlayıcı qurğu Trepovanın hərbijurnalistə təqdim etdiyi Tatarskinin büstüünü içərisində olub. RBC Daxili İşlər Nazirliyindəki mənbəyə istinadən xəbər verir ki, qız əvvəllər hərbi müxbirlə yazışıb və onun razılığı ilə tədbirlərə buraxılıb.

Trepova aprelin 3-də Sankt-Peterburqda kirayədə qaldığı mənzildə saxlanılıb. Partlayış faktı üzrə ümumi təhlükəli üsulla qətllə bağlı cinayət işi başlanıb.

Poıiqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Rektorun sahib olduğu mülklərin siyahısı: Universitet, kollec, orta məktəblər, klinika

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

Rusiya Türkiyədən uzaqlaşır... - Putini Ankaradan uzaqlaşdıran səbəb nədir?...

Yollarda yeni növ radarlar quraşdırılır - Video    

Qorxmaz Hüseynovun icra başçısı olan qudası vəzifəsindən azad edilir

Lavrov Ukrayna ilə bağlı İstanbul danışıqlarının bəzi təfərrüatını açıqlayıb

İsrailli fəallar BMT TŞ-da çıxış edən Lavrovun çıxışını dayandırmağa çalışıb

Ən çox oxunanalar