Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyada partlayışda yaralıların sayı artıb, hadisənin təfərrüatları məlum olub - Yenilənib

Rusiyanın Sankt-Peterburq şəhərinin mərkəzində partlayış baş verib...

Sankt-Peterburqda Universitetskaya sahilindəki kafedə baş verən partlayış zamanı xəsarət alanların sayı 25 nəfərə çatıb.

“Report” Rusiya mətbuatına sitinadən xəbər verir ki, xəsarət alan on nəfərin vəziyyəti ağırdır.

Hadisə şahidləri bildirib ki, hərbi jurnalist Vladlen Tatarskinin əlində ona hədiyyə olunmuş kiçik heykəl partlayıb. Belə ki, tədbir iştirakçılarından biri özünü rəssam Nastya kimi təqdim edib. O, Tatarskinin büstünü düzəltdiyini və təqdim etmək istədiyini söyləyib.

Qız qarderobun yanına gedib və oradan böyük qutu ilə qayıdıb. Heykəl müharibə müxbirinin əlində olanda partlayıb.

Hadisə yerində 13 təcili yardım briqadası cəlb edilib. Zərərçəkənlərə tibbi yardım göstərilir. Onların arasında uşaq da var.

“Baza” teleqram kanalının mənbəyə istinadən verdiyi məlumata görə, partlayıcı qurğu məsafədən idarə olunan olub və gipsdə gizlədilib.

Ehtimal olunur ki, hücum edənlər bu yolla kafedə ola biləcək xidməti iti aldatmağı planlaşdırıblar, çünki bir heyvanın gipsdən partlayıcı qurğunun iyini hiss etməsi çətinləşir. Partlayışın gücü 100 qram trotil olub.

***

“Report”un məlumatına görə, bu barədə “TASS”a fövqəladə hallar xidmətlərindən məlumat verilib

Qeyd olunub ki, partlayış Universitet sahilində yerləşən “Street-bar” kafesində olub.

Nəticədə bir nəfər ölüb, altı nəfər yaralanıb. Hazırda aidiyyatı qurumlarla birgə hadisənin baş vermə səbəbi araşdırılır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Rektorun sahib olduğu mülklərin siyahısı: Universitet, kollec, orta məktəblər, klinika

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

Rusiya Türkiyədən uzaqlaşır... - Putini Ankaradan uzaqlaşdıran səbəb nədir?...

Yollarda yeni növ radarlar quraşdırılır - Video    

Qorxmaz Hüseynovun icra başçısı olan qudası vəzifəsindən azad edilir

Lavrov Ukrayna ilə bağlı İstanbul danışıqlarının bəzi təfərrüatını açıqlayıb

İsrailli fəallar BMT TŞ-da çıxış edən Lavrovun çıxışını dayandırmağa çalışıb

Ən çox oxunanalar