Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ulu Öndərin ordu quruculuğu sahəsində çox önəmli fikirləri olub

2023-cü il “Heydər Əliyev İli”dir.

Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində çox önəmli fikirləri olub. Hələ 1994-cü ildə Heydər Əliyev deyib ki: “Azərbaycan xalqı öz müstəqilliyini, milli azadlığını qoruyub saxlamalıdır. Bunun üçün də Azərbaycanın güclü ordusu olmalıdır. Bu, həm işğal olunmuş torpaqlarımızı düşməndən təmizləmək, həm də gələcəkdə müstəqil Azərbaycanın etibarlı müdafiəsini təmin etmək üçün gərəkdir. Ona görə də orduya diqqət və qayğı göstərmək hər bir vətəndaşın şərəfli borcu olmalıdır”.

Eyni zamanda Ulu Öndər bildirib ki: “Ordu olmalıdır, ona görə yox ki, biz hansısa bir dövlətə hücum etmək, kiminsə torpağını zəbt etmək istəyirik. Yox. Biz sülhsevər dövlətik. Biz heç kəsin torpağına göz dikməmişik. Biz öz torpaqlarımızı azad etmək, ölkəmizin ərazi bütövlüyünü, sərhədlərimizin toxunulmazlığını təmin etmək istəyirik. Azərbaycan xalqının ali məqsədi bundan ibarətdir. Azərbaycan dövlətinin apardığı siyasət, əməli fəaliyyət bundan ibarətdir. Bunun üçün və gələcəkdə dövlət müstəqilliyimizi qoruyub saxlamaq üçün güclü ordumuz olmalıdır. Biz ordu quruculuğu işi ilə məşğul oluruq... Azərbaycanın müstəqilliyini əbədi etmək üçün güclü və daim təkmilləşən, güclənən milli ordumuz olmalıdır. Bu, bizim müqəddəs vəzifəmizdir, hər bir kəsin şərəfli vəzifəsidir”.

Həqiqətən də Heydər Əliyevin müdrikliyini və uzaqgörənliyini fikirlərindən görmək olur. Biz güclü ordumuz sahəsində 30 illik işğalda olan torpaqlarımızı azad etdik. Ordumuzun sayəsində ərazi bütövlüyümüzü təmin etdik. Bu gün rahatlıqla deyə bilərik ki, güclü Ordumuz və Azərbaycanımızın bir qarış torpağından ötrü canını qurban verməyə hazır olan əsgərlərimiz var. Biz hər biz zaman Ordumuzla fəxr etmişik və onların yanında olmuşuq. Bundan sonra da hər bir zaman Ordumuzla fəxr edəcəyik və onların yanında olacağıq!

Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, MMP-nın Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dövlət qulluğuna qəbul imtahanında 22 nəfər uğur qazanıb

Faiq Ağayevlə Zülfiyyə Xanbabayeva illər sonra bir arada

Abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan veriblər - Yenilənib

Qeyri-sabit hava şəraiti sabaha qədər davam edəcək 

ETSN hava məlumatları ilə bağlı əhaliyə xəbərdarlıq edib

Cəlilabadda hündürlükdən yıxılan azyaşlı ölüb

Lənkəranda intensiv yağışdan sonra Lənkərançay daşıb, həyətlərə su dolub - Foto, Video

Türkiyə ordusu İraq və Suriyada 16 terrorçunu zərərsizləşdirib

Sumqayıtda 45 yaşlı kişini elektrik cərəyanı vurub öldürüb

Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb

ABŞ İsraili Beyrutdakı “Hizbullah” hədəflərinə hücum etməməyə çağırıb

Ən çox oxunanalar