Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kür çayında suyun səviyyəsi qalxıb

Su istifadəçiləri hansı tədbirlər görməlidir?...

İqlim dəyişikliyi və məhdud su resursları şəraitində Kür çayının aşağı axarına digər çaylar üzrə daxilolmaların kritik səviyyədə azalması hesabına su təchizatında müəyyən çətinliklər müşahidə olunduğu üçün Mingəçevir su anbarından Kür çayına, Yuxarı Qarabağ kanalına və Yuxarı Şirvan kanalına buraxılan suyun həcmi artırılıb.

Bu barədə “Report”a “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-dən (“Azmelsutəsərrüfat”) bildirilib.

Məlumata görə, martın 17-dən Mingəçevir su anbarından Kür çayına saniyədə 160 kubmetr, Yuxarı Qarabağ kanalına 80 kubmetr və Yuxarı Şirvan kanalına 50 kubmetr su buraxılır.

“Qeyd edilən su sərfləri mart ayı üçün xarakterik olmayan, yəni yüksək səviyyədədir. Belə ki, ötən ilin müvafiq dövründə Mingəçevir su anbarından Kür çayına saniyədə 90 kubmetr, Yuxarı Qarabağ kanalına 70 kubmetr və Yuxarı Şirvan kanalına 45 kubmetr su buraxılırdı.

Araz çayı üzrə su ehtiyatlarının kəskin şəkildə aşağı olması səbəbindən bu mənbədən təmin edilən suvarma sahələrinin suya olan tələbatının ödənilməsi məqsədilə Yuxarı Qarabağ kanalı vasitəsilə Araz çayı hövzəsinə - Bəhrəmtəpə hidroqovşağına saniyədə 22,4 kubmetr su transferi həyata keçirilir”, - "Azmelsutəsərrüfat"dan bildirilib.

Poliqon.info


Etiket: Kür çayı ASC


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq

Maliyyəçi Elnur Rəhimovu “Bakı Tikiş Evi”ndən parlamentə kim və necə daşıyır?..

Mask Kadırova “Cybertruck” “hədiyyə” etməsini şərh edib

Paytaxt sakinlərinin su sınağı: Kimdir günahkar? - Rəsmi açıqlama

Azərbaycan və Rusiya prezidentləri “Bakı Ağ Şəhər”də olublar

Çempionlar Liqası: "Dinamo" - "Qarabağ" oyununun hakimləri müəyyənləşib

Ən çox oxunanalar