Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ər-Riyad və Tehran bir-biri ilə hərbi qarşıdurmaya getməmək barədə razılığa gəliblər

Səudiyyə Ərəbistanıİran bir-biri ilə hərbi qarşıdurmaya getməmək, həmçinin iki ölkənin maraqlarına qarşı yönəlmiş kəşfiyyat fəaliyyəti həyata keçirməmək barədə razılığa gəliblər.

Bu barədə cümə axşamı krallığın yüksək rütbəli nümayəndəsinə istinadən məlumat yayılıb.

“Hər iki ölkə bir-birinə qarşı hərbi təcavüzün qarşısını almaq və kəşfiyyat fəaliyyətini həyata keçirmək üçün müdafiə və təhlükəsizlik sahəsində öhdəliklər götürüb”, - deyə rəsmi şəxs bildirib.

Telekanalın həmsöhbəti onu da vurğulayıb ki, Səudiyyə Ərəbistanı İranla münasibətlərin normallaşdırılmasına dair danışıqların gedişində İslam Respublikasına hücum üçün öz ərazisini üçüncü ölkələrə verməməyi öhdəsinə götürüb. Razılaşmaya əsasən, Səudiyyə Ərəbistanı ərazisindən İrana qarşı hərbi əməliyyatlar üçün istifadə edilməyəcək.

Səudiyyə Ərəbistanının nümayəndəsi razılaşmaların digər təfərrüatlarını açıqlamayıb, sadəcə qeyd edib ki, Ər-Riyad və Tehran Yəməndəki münaqişənin həlli ilə bağlı ümumi razılığa gəliblər.

Bununla yanaşı, Səudiyyə Ərəbistanı müttəfiqlərini, o cümlədən ABŞ-ni İranla diplomatik münasibətləri bərpa etmək niyyəti barədə xəbərdar edib.
“Biz Pekinə getməzdən və İranla razılaşmadan əvvəl müttəfiqlərimizi, o cümlədən ABŞ-ni məlumatlandırdıq”, - deyə rəsmi şəxs bildirib.

O, həmçinin qeyd edib ki, “Səudiyyə Ərəbistanı Qərblə Çin arasında münaqişənin tərəfi deyil” və Ər-Riyadın Tehranla münasibətləri normallaşdırmaq qərarı müttəfiqlər arasında dəstək alıb.

Xatırladaq ki, martın 10-da İranSəudiyyə Ərəbistanı iki ay ərzində diplomatik münasibətləri bərpa etmək və səfirliklərini yenidən açmaq barədə razılığa gəliblər.

Poliqon.info


Etiket: Ər-Riyad Tehran


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Putinin Bakıya prinsipial səfərindən nələr gözlənilir?

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Qayınanasının fotosunu paylaşıb bunları yazdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay