Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nicat Lənkəranskini kimlər öldürmək istəyib? - Saxlanılan üç nəfərin adı

Dünən Bakının mərkəzində baş verən silahlı insidentlə bağlı saxlanılan şəxslərin hamısının kimliyi bəlli olub.

Qafqazinfo”nun əldə etdiyi məlumata görə, şübhəli şəxs qismində tutulan şəxslər Şahmar İsmayılov, Elvin Qasımov və Vüqar Quliyev adlı şəxslərdir. Onların hamısının əslən naxçıvanlı olduğu bildirilir. Hadisə zamanı küçədə iki nəfəri silahla yaralayan şəxs Şahmar İsmayılov olub.

İddialara görə, kriminal hesablaşma çərçivəsində o, Nicat Lənkəranski (Nicat Əkbərov) və Seymur Həsənovu vurmaq istəyib. Lakin atəş açan zaman hədəfdən yayınıb. Nəticədə iki başqa vətəndaş kriminal klanlar arasındakı hesablaşmanın qurbanı olub. Güllə yarası alan həmin iki nəfər xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Nicat Lənkəranski və Seymur Həsənov əslən Lənkəranlıdır. Nicat mərhum kriminal avtoritet Rövşən Lənkəranskinin yaxın adamı olub. Mediada yayılan məlumatlara görə, o, ötən il Türkiyədə Emin Naxçıvanski kimi tanınan Emin Qasımovun qardaşını kriminal hesablaşma müstəvəsində öldürtdürüb. Buna görə də Naxçıvan klanı qisas almaq məqsədilə Nicat və Seymuru öldürtmək qərarına gəlib. Şahmar İsmayılovu killer kimi tutub.

Saxlanılanlardan Elvin Qasımov isə Emin Naxçıvanskinin qardaşıdır.

Xatırladaq ki, insident zamanı təsadüfən ərazidən keçən 2002-ci il təvəllüdlü tələbə Fəqan Rəhimli və 1983-cü təvəllüdlü Tamerlan Hüseynov güllələnib. Hazırda onların müalicəsi davam etdirilir.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Dənizkənarı Bulvar İdarəsinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb

Ən çox oxunanalar