Şənbə, 13 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Şükür, yenə bu nəfəsdə yoruldum..."- Paşa Talıblıdan yeni şeirlər

Dərd ortağı...

...gedək, ayağımız gedir hələki -
süvari yerişi edənlər kimi.
Bir də qoltuğunda kəsik başları -
tövbə qapısına gedənlər kimi.

...gülöyşə vaxtına gedib çatmasaq,
onda nar bağından nə bəs dərərik?
...gedək, ayağımız gedir hələki!
Cəllad kötüyündə nəfəs dərərik...

Namərdəm, mən gülə ağır söz desəm!
Dörd yoldu: bir..iki...dörddən başlayaq?
Eh...yol da köhnəlir, yolun dərdi də!
Köhnə köhnədisə, dərddən başlayaq...


Gecə məşqi...

Eyni mənzərədi- dərddən baxanda
baxırsan eynidi dərdi çəkən də!
...bütün sevinclərin hamısı ayrı,
dərdlərin hamısı birdi- çəkəndə.

...baxmır qaranlıqdı göyün üzündə,
baxmır qaranlıqdı küçələr - gəlir!
...mənim ürəyimin yerini bilir,
dərd mənim üstümə gecələr gəlir.

...dünyanın gözündə dərdim gülməli,
dünya öz dərdiylə gülür üstümə!
...gecələr daş olur dərdlərim, Allah!
Ağır dərd daşları gəlir üstümə...

Dərdnən qolboyunam, dərdi sevirəm!
Mənim ürəyimdə dərdin eşqidi...
Dərd mənnən oynayır bütün gecəni,
həyatım dərdlərin gecə məşqidi...


Başqa bir mən...

...necə anlamağım gərək;
dibində yoxsa dərində?
...başqa bir mən, sən də mənəm -
amma hərə öz yerində!

...o kimiydi, dedi, getdi?!-
bir gün güldün, bir gün ağla!
...bir günahla xatırlandıq,
unudulduq bir günahla.

Mənim günah şərikimsən,
bu cütlüyə yenə yalvar!
...bir günahla da çataram,
bircə addım sənə yol var!

...səfa gördün, cəfa çəkdin?
Bəlkə mən yox, sən haqlısan!..
Ey başqa mən, başqası tək -
məndən daha maraqlısan!


Ayaq üstdə yoruldum...

...dünya dardı qəfəs kimi, İlahi,
dünya adlı bu qəfəsdə yoruldum!
...şükür, yenə bu aldığım nəfəsə,
şükür, yenə bu nəfəsdə yoruldum!

Bu dünyadı, min dayaz var, yüz dərin!
...çalxalandı, keç dəryanı, üz dərin!
...yordu məni bir gözəlin gözləri,
gəlib-gəlib axır gözdə yoruldum!

Fərqi yoxdu, ya qar, ayaz...dincəlim!
...ya bir payız, ya da bir yaz dincəlim.
...aç qəbrimi, girim bir az dincəlim,
inan, Tanrım, ayaq üstdə yoruldum!


Paşa Talıblı
Azərbaycan Yazıçılar Birliyinin üzvü

Poliqon.info 


Etiket: Paşa Talıblı


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda dənizdə "Mercedes" markalı maşının gətirdiyi müəmma: İkisi qardaş olmaqla üç nəfər yoxa çıxıb - Yenilənib, Video

Xocalıda azərbaycanlılara qarşı soyqırımı törətməkdə təqsirləndirilən Raşid Beqlaryana hökm oxunub

Sabiq generalın milyonluq əmlakı satışa çıxarıldı: Oğlu aldı

İntiqam Məmmədov 5 milyonluq qanunsuz obyektinə sənəd ala bilib? - Video  

Xocavənddə Birinci Qarabağ müharibəsinin daha altı şəhidi dəfn edilib - Yenilənib

İlham Əliyev və Şahbaz Şərif mətbuata birgə bəyanatla çıxış ediblər - Yenilənib

İlham Əliyev İslamabadda "Milli Aerokosmik Elm və Texnologiya Parkı"nda hərbi sərgi ilə tanış olub -Yenilənib

Böyrək daşı nədən yaranır? - İndiyə qədər deyilənləri unudun...

Rusiya nın sürətlə yenidən silahlanması NATO-nu təşvişə salıb: Heyrətamiz və qorxulu...

Revmatik xəstəliklər haqda bunları bilməlisiniz - Terapevt danışdı  

Bayden Zelenskini “Prezident Putin” kimi təqdim edib 

Ən çox oxunanalar