Çərşənbə, 28 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sədr: “İnsanlar maralı, cüyürü qida üçün, vəhşi heyvanları isə qorxudan öldürürlər”

Hazırda iri məməli heyvanlardan olan marallar, ceyranlar, cüyürlərin və yırtıcıların nəsli kəsilməkdədir...

“1989-cu ildə ilk dərc olunan “Qırmızı Kitab”da 14 növ məməli heyvan var idisə, 2013-cü ildə dərc edilən kitabda məməlilərin növü 43-ə çatmışdı. Bu heyvanların nəslinin hansı sürətlə azaldığının əyani sübutudur”.

Bu fikirləri Ümumdünya Vəhşi Təbiət Fondunun Azərbaycan nümayəndəliyinin sədri Elşad Əsgərov nazirliyin “Facebook” hesabında yayımlanan “Ekspert saatı”nda çıxışı zamanı deyib.

O bildirib ki, hazırda iri məməli heyvanlardan olan marallar, ceyranlar, cüyürlərin və yırtıcıların nəsli kəsilməkdədir:

“İnsanlar bu heyvanları qida üçün ovlayırlar. Yırtıcıları isə insanlar özlərinə qarşı təhlükə hesab etdikləri üçün, qorxudan öldürdüklərini müşahidə edirik. İri məməlilərdən nəsli kəsilməkdə olanlardan bəbirin nəslini bərpa etməyə çalışırıq, lakin sayı azdır. Ayıların sayını nisbətən bərpa etmiş hesab edə bilərik. Təhlükədə olan bir sıra heyvanlar hələ də var. Avropada maral, cüyür hər yerdə, parklarda gəzirlər. Bizdə isə təəssüf ki, hələ də qırmızı kitabdadır”.

Qeyd edək ki, bu il “Qırmızı Kitab”ın üçüncü nəşrinin dərc edilməsi nəzərdə tutulub və işlər yekunlaşmaq üzrədir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

General Rəfail Mehdiyev həbs edilə bilər: Milyonlarla vəsait yoxa çıxıb    

Neftçalada su idarəsinin vəzifəli əməkdaşına çirkli su içirdilər — Video

Polis rəisinin içərisində olduğu avtomobil qəzasına aydınlıq gətirilib

Bərdədə 22 yaşlı gəncin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb - Yenilənib  

Ramil Səfərovun həyat yoldaşı, BDU rektorunun müşaviri... – Ağdamda xanım namizəd qalib gələcək?

Bu proqramla telefonunuzda kart hesablarınızı oğurlayırlar

Hümbət Hüseynov rəqibini sıxışdırmağa başlayıb - Pulunun gücü ilə

Ən çox oxunanalar