Çərşənbə, 28 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyanın dövlət hesabına veloyürüşləri - Göyçədəki yürüşdə 50 nəfər iştirak edib, amma 110 nəfər üçün pul silinib

Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi Göyçə gölü ətrafında keçirilən veloyürüşdə təxminən 50 nəfər iştirak edib, lakin xərclər 110 nəfər üçün yazılıb...

Poliqon xəbər verir ki, bu barədə Ermənistanın "Joqovurd" qəzeti məlumat yayıb.

Qəzet yazırr ki, iki günlük veloyürüş üçün büdcədən 15 milyon dram (40 min dollar) ayrılıb. Baş nazirin Aparatı Elya Avaqyan adlı fərdi sahibkarla iki müqavilə imzalayıb: biri çadırların (6), köynəklərin (200), bel çantalarının (100), paltoların (110) icarəsi və s., ikincisi yarış iştirakçılarına yemək vermək üçün nəzərdə tutulub.

Ancaq görüntüləri öyrənən nəşr əmin edir ki, bütün avadanlıqlar 110 nəfər üçün icarəyə götürüldüyü halda, yürüşdə yalnız 50 nəfər, o cümlədən təhlükəsizlik və təcili yardım işçiləri iştirak edib.

İkinci müqavilədə 100 nəfərin ərzaqla təmin olunması üçün 5,3 milyon dram nəzərdə tutulub. Qeyd edilir kiki, bu səhər yeməyi (1 gün), nahar (2 gün) və şam yeməyidir (1 gün).

"Hər adamın yeməyi üçün 50 min dram xərclənməsi nəzərdə tutulub ki, bu qiymətə siz həm yemək yeyə, həm də ordakı əksər mehmanxana və qonaq evlərində gecələyə bilərsiniz", deyə nəşr bildirib.

Qeyd edək ki, Paşinyan son vaxtlar sosial şəbəkələrdə vaxtaşırı velosiped sürdüyü foto və videoları yerləşdirir, şəhərdə necə sərbəst hərəkət etdiyini nümayiş etdirir. Göyçə ətrafında veloyürüş başlayan gün 71 yaşlı Albert Arstamyan evinin eyvanından ona alma atıb. Həmin şəxs xuliqanlıqda ittiham olunub. O, öz növbəsində, əməlini xuliqanlıq hesab etmir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

General Rəfail Mehdiyev həbs edilə bilər: Milyonlarla vəsait yoxa çıxıb    

Polis rəisinin içərisində olduğu avtomobil qəzasına aydınlıq gətirilib

Bərdədə 22 yaşlı gəncin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb - Yenilənib  

Ramil Səfərovun həyat yoldaşı, BDU rektorunun müşaviri... – Ağdamda xanım namizəd qalib gələcək?

Bu proqramla telefonunuzda kart hesablarınızı oğurlayırlar

Bütün Qafqazdan insanlar 3500 il öncə bura gəlib, yemək yeyiblər - Qərbi Azərbaycan Xronikası    

Zelenski Kursk əməliyyatından danışdı: “Bizə yad torpaqlar və insanlar lazım deyil”

Ən çox oxunanalar