Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsveçrə Putinin Rolduqinlə bağlı korrupsiya şəbəkəsini araşdırır…

İsveçrə məhkəməsi Putinin Rolduqinin hesablarında milyonlarla dollara sahib olub-olmadığını araşdıracaq…

İsveçrə prokurorluğu "Qazprombank"ın İsveçrədəki törəmə bankının dörd əməkdaşını Vladimir Putinin dostu, violonçel ifaçısı Sergey Rolduqinin hesablarındakı vəsaitlərin mənşəyi barədə məlumatları gizlətməkdə ittiham edib. Prokurorluq pulun Putinə məxsus ola biləcəyindən şübhələnir.

Poliqon.info Rusiya mətbuatına əsasən xəbər verir ki, bu barədə İsveçrənin Tages-Anzeiger nəşri məlumat yayıb.

Qazprombank”ın əməkdaşları 2014-cü ildə Rolduqinə Rusiya siyasi elitasından pul alan iki hesab açmaqda ittiham olunurlar. O vaxta qədər Krımın ilhaqı ilə əlaqədar, o cümlədən musiqiçinin hesablarının aid olduğu “Rossiya” bankına qarşı sanksiyalar tətbiq edilmişdi. Ümumilikdə hesablardan 50 milyon frank (təxminən 50 milyon avro) keçib.

Tages-Anzeiger nəşrinin yazdığına görə, ittihamnamədə açıq şəkildə Rusiya prezidenti Vladimir Putinin adı çəkilir: “Məlumdur ki, Rusiya prezidenti Putinin rəsmi olaraq 100 min frankdan bir qədər çox gəliri var, amma əslində onun yaxın adamları tərəfindən idarə olunan nəhəng aktivləri var”, deyə ittihamnamədə bildirilir.

Lakin, ittihamnamədə Rolduqinin hesablarındakı pulların Putinə məxsus olduğu birbaşa bildirilmir, prokurorluq bundan yalnız hesab sahiblərini şübhələndirir.

Prokurorluq ittiham aktında qeyd edir ki, bankda milyonlarla frank Rolduqinin hesabına yönləndirilsə də, sənədlərdə Rolduqin sırf musiqiçi olduğu bildirilir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan musiqiçinin bu qədər əhəmiyyətli aktivlərə sahib ola bilməsi isə “mümüknsüz” adlandırılır. Üstəlik, o, The New York Times-a müsahibəsində iş adamı olmadığını və milyonları olmadığını söyləyib.

Qeyd edək ii, 2014-cü ildə artıq Rolduqinin hesabı sanksiyalara məruz qalıb. Həmin vaxt Krımın ilhaqına görə, artıq Rusiya elitasına qarşı sanksiyalar tətbiq olunurdu.

İttiham aktında Rolduqinin vəsaitlərinin Vladimir Putinə yaxın “Rossiya” bankı ilə əlaqəsinə də toxunulur (bu əlaqə ilk dəfə Panama sənədlərindən məlum olub). Xüsusilə qeyd olunur ki, Rolduqinin hesabları üzrə demək olar ki, bütün əməliyyatları bank özü həyata keçirib və hesabların əlaqə məlumatları kimi yalnız bankın elektron poçt ünvanları göstərilib. Prokurorların fikrincə, bu, Rolduqinin fiqur kimi istifadə edildiyini təsdiqləyə bilər.

Tages-Anzeiger qəzeti müttəhimlərin adlarını çəkmir, lakin qeyd edir ki, onlar İsveçrə “Qazprombank”ının rəhbəri də daxil olmaqla, top-menecerlərdir.

Xatırladaq ki, 2016-cı ildə Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu (ICIJ) Mossack Fonseca hüquq firmasından sızan sənədlər əsasında Panama sənədlərini nəşr etdi. İstintaqın nəticələri də daxil olmaqla, Vladimir Putinin dostu olan Rolduqinin ofşorlarda milyardlarla avroluq aktivlərə sahib olduğu məlum olub. Bundan sonra violonçel ifaçısı “Putinin pul kisəsi” adlandırılmağa başlandı. Müharibə başlayandan sonra Rolduqinə qarşı Aİ, ABŞ, Böyük Britaniya, İsveçrə və digər ölkələr tərəfindən sanksiyalar tətbiq edilib.

Tərcümə Poliqon-a aiddir

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Putin bu gün Azərbaycana dövlət səfəri edəcək

Aysel Səfərli seçicilərlə görüşüb - Fotolar 

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Ən çox oxunanalar