"Bu günə qədər zəlzələ bölgəsindən ümumilikdə 20 300 vətəndaşımız təxliyə edilib".
APA xəbər verir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşdakı brifinqi zamanı deyib.
Ərdoğan əlavə edib ki, bu rəqəmlərə öz rayon və kəndlərinə qayıdanlar, həmçinin qohumlarının yanına gedənlər aid deyil:
“Çadır kənd və konteyner kəndlərin yaradılması prosesi davam edir. Hazırda çadırlarda, yataqxanalarda və digər bu kimi yerlərdə 461 000 vətəndaşımız yerləşdirilib. Təkcə Kahramanmaraşda qurulan çadır sayı 77 000-ə yaxındır”.
poliqon.info