Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qurban Qurbanov “Neftçi” ilə ev matçını şərh etdi

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov futbol üzrə Azərbaycan Premyer Liqasının XXIV turunda “Neftçi” ilə ev matçını şərh edib...

Oxu.Az xəbər verir ki, o, 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra təşkil edilən mətbuat konfransında bunları deyib:

“Maraqlı oyun alındı. Yaxşı sürət var idi. Bizim üçün heç də asan olmadı. İstədiyimiz formada deyilik. Futbolçular sona kimi xarakter göstərdilər. Onları təbrik edirəm. Çox yaxşı komandaya qarşı çıxış etdik. Neftçi pik formadadır, 3 oyundur qol buraxmırdılar. Vacib xal qazandıq. Qarşıda bir neçə günümüz olacaq. Çatışmazlıqları, boşluqları aradan qaldırmağa çalışacağıq”.

Təcrübəli mütəxəssis qapıçı Luka Quaeşaşvilini “Neftçi” azarkeşləri ilə yaşadığı insidentə toxunub:

“Belə şey etmək olmaz. Ona hirsləndim. Belə derbi oyunlarında bu cür hallar olur. Paltardəyişmə otağında da bir az sərt danışdım. Belə hallar olur. Oyunboyu azarkeşlər Lukaya nalayiq ifadələr işlədirdilər. O da emosiyalarını cilovlaya bilmədi. Azarkeşlər üzrlü hesab etsinlər. Onlar da başa düşür. Futbolda belə hallar baş verir. Bəli, olmaz. İnşallah, bir daha belə hərəkət etməz. Azarkeşlər futbolun içindədirlər, futbolu onlar üçün oynayırıq”.

Qurbanov dumanlı hava şəraitinin çətinlik yaratdığını qeyd edib:

“Hava şəraiti hər iki komandaya təsir etdi. Bəzi düşüncələr gecikirdi. Hava işıqlı olanda bütün meydanı görürsən. Futbolçulara tapşırıq verməkdə çətinlik çəkirdim. Tam görə bilmirdim”.

poliqon.info


Etiket: Qurban Qurbanov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Putinin Bakıya prinsipial səfərindən nələr gözlənilir?

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay