ABŞ Çinin Rusiyaya silah ötürməyi planlaşdırdığını göstərən kəşfiyyat məlumatlarını yaymağı düşünür.
Poliqon.info xəbər verir ki, b barədə The Wall Street Journal nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, Qərb ölkələrində Pekinin Moskvaya silah tədarükü ilə bağlı məhdudiyyətlərdən imtina edə biləcəyinə dair kəşfiyyat məlumatları var.
Bayden administrasiyası Çinin Rusiyanın Ukraynadakı münaqişəsini dəstəkləmək üçün silah verib-verməyəcəyini düşündüyünü göstərən kəşfiyyat məlumatlarını yaymağı düşünür.
Bildirilir ki, məlumatların açıqlanmasının mümkünlüyü ilə bağlı müzakirələr BMT Təhlükəsizlik Şurasının cümə gününə planlaşdırılan iclası ərəfəsində müzakirə edilir. İclas Rusiyanın Ukraynada xüsusi əməliyyatına başlamasının ildönümünə həsr olunacaq.
Poliqon.info