Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Putin düşünürdü ki, o, bizdən daha çox dözümlü ola bilər” - Baydenin Kiyevdəki çıxışı…

Kiyevdə Bayden Ukrayna prezidenti ilə, ordu və kəşfiyyat rəhbərliyi və eləcə də diplomatlarla görüşüb.

Bayden: “Putin düşünürdü ki, o, bizdən daha çox dözümlü və iradəli ola bilər. Onun indi belə düşündüyünə şübhə edirəm”.

ABŞ prezidenti Co Bayden Kiyevə səfəri zamanı çıxışında Putinin planlarının iflasa uğradığını və Ukraynaya tam dəstəyini açıqlayıb.

Poliqon.info xarici bətbuata əsasən Amerika prezidentinin əsas tezislərini təqdim edir.

Sitatlar:

“Bir il əvvəl biz prezident Zelenski ilə telefonla danışdıq. Həmin vaxt Rusiya təyyarələri havada idi və tanklar sərhədi keçmişdi. O, mənə Kiyevdə partlayış səsləri eşitdiyini söylədi. Mən bunu heç vaxt unutmayacağam”.

“Sizdən soruşdum: nə edə bilərəm, necə kömək edə bilərəm? Siz dediniz: “dünya liderlərini toplayın, onlardan Ukraynanı dəstəkləmələrini xahiş edin”. Dediniz ki, yenidən nə vaxt danışa biləcəyinizi bilmirsiz. Bir il əvvəl o qaranlıq gecədə dünya Kiyevin süqutuna, bəlkə də Ukraynanın sonunun gəlməsinə hazırlaşırdı. Bir il keçməsinə baxmayaraq Kiyev hələ də ayaq üstədir, Ukrayna ayaq üstədir, demokratiya ayaqdadır. Bu gün Amerika və dünya sizinlədir”.

“Ukrayna xalqının etdikləri heyrətamizdir. Yaşayış binalarının atəşə tutulması, fikrimcə, hərbi cinayətdir”.
“Əsrin dörddə üç hissəsinin ən böyük müharibəsində siz hər ehtimala qarşı qalib gəlirsiniz. Biz əminik ki, siz bundan sonra da uğurlar qazanacaqsınız”.

“Keçən ilin payızında mən ilk kəşfiyyat məlumatlarını aldığımdan bəri, biz dünyanın qalan hissəsini Ukraynaya dəstək ətrafında necə birləşdirəcəyimizi anlamağa çalışırıq. Biz Ukrayna iqtisadiyyatına və ordusuna kömək edən 50-dən çox ölkəni bir araya gətirə bildik”.

“Biz birlikdə təxminən 700 tank, minlərlə zirehli texnika, 1000 artilleriya sistemi, 2 milyondan çox mərmi, 50-dən çox qabaqcıl raket atıcı, həmçinin hava hücumundan müdafiə sistemləri toladıq”.

“Ukrayna xalqının verdiyi qurbanlar çox böyük idi. Bu amansız və ədalətsiz müharibədə həlak olanların ailələri ilə birlikdə yas tuturuq. Bilirik ki, qarşıda çox çətin günlər, həftələr, illər olacaq. Amma Rusiyanın məqsədi Ukraynanı xəritədən silmək idi. Lakin Putinin məqsədləri baş tutmadı. Ukrayna vaxtilə işğal etdiyi ərazilərin yarısını itirib. On minlərlə gənc istedadlı ruslar Rusiyada yaşamaq istəməyərək bu ölkədən qaçırlar. Çünki onlar ölkənin gələcəyini görmürlər”.

“Putin, bizdən daha çox dözümlü ola biləcəyini düşünürdü. Onun indi belə düşündüyünə şübhə edirəm. Onun nə düşündüyünü Allah bilir, amma aydındır ki, artıq bizim nə qədər dözə biləcəyimizi görür”.

Bayden Kiyevə vitse-prezident kimi altı dəfə səfər etdiyini də xatırladıb və əlavə edib ki, bu şəhər onun “ürəyini ovsunlayıb”.

Qeyd edək ki, Kiyevdə Bayden Ukrayna prezidenti ilə, ordu və kəşfiyyat rəhbərliyi və eləcə də diplomatlarla görüşüb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Ən çox oxunanalar