Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail “Hizbullah”a görə BMT-yə qəzəblənib

BMT nümayəndəsinin terrorçu təşkilatın rəsmisini tərifləməsi İsraili qəzəbləndirib…

Bazar ertəsi Birləşmiş Millətlər Təşkilatının rəsmisi Dövlət Departamenti tərəfindən terror təşkilatı kimi tanınan Hizbullahın nümayəndəsinə Livan problemlərinə diqqət yetirdiyinə görə təşəkkür edib.

PİA.az The Yerusalem Post qəzetinə istinadən xəbər verir ki, bəyanat İsrail rəsmilərinin qınağına səbəb olub.

“Hizbullahdan olan cənab Əmmar Musaviyə yeni prezidentin seçilməsi, dövlət institutlarının fəaliyyəti və regional və beynəlxalq hadisələrin ölkəyə təsiri də daxil olmaqla, Livanın prioritet məsələlərinə toxunduğu üçün təşəkkür edirəm”.

Qeyd edək ki, bu sözləri BMT-nin Livan üzrə xüsusi koordinatoru və Polşanın keçmiş səfiri Coanna Uoroneçka “Hizbullah”ın beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Əmmar Musəviyə xitabən “Twitter” səhifəsində yazıb.

Bir neçə İsrail rəsmisi Tvitter hesabından Uoroneçka Musavi ilə görüşdən çəkindirməyə çalışıblar.

BMT-nin rəsmi baş nümayəndəsi BMT sülhməramlısının qətlinə görə məsuliyyət daşıyan terror təşkilatına təşəkkür edir!!!”

Bu fikirlərin müəəllifi isə İsrail Xarici İşlər Nazirliyinin strateji məsələlər üzrə rəhbəri Joshua Zarkadır. Zarka belə ifadə edib: ”Bu gerçəkdirmi?”

İsrailin Berlindəki səfirliyinin ictimai diplomatiya şöbəsinin rəhbəri Yaki Lopez də BMT nümayəndəsinə belə bir sual ünvanlayıb: “Bir terrorçu tərəfindən aşağılanmaq necə hissdir? Bu hissi bizimlə bölüşmək istərdinizmi?"

Reuters xatırladır ki, BMT rəsmilərinin “Hizbullah”la ilk təması deyil. Bundan əvvəl Uoroneçka sələfi də Hizbullahla görüşüb.

BMT-nin əvvəlki Livan rəsmisi, Uoreneckanın sələfi Jan Kubis də 2019-cu ildə Hizbullah baş katibinin müavini Naim Qassem ilə görüşüb və hətta ondan “Vacib oxu” adlı kitabını hədiyyə almışdı. Bu görüş də o zaman böyük mübahisələrə səbəb olmuşdu.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Ən çox oxunanalar