Çərşənbə, 26 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün Vətən müharibəsi şəhidi Məmmədli Cavidin doğum günü qeyd edilib

Ziyarətin sonunda vətənimizin müstəqilliyi, müdafiəsi, ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dualar oxunub...

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan Məmmədli Cavid Natiq oğlunun doğum günü Şirvan şəhərində qeyd edilib.

Yanvarın 16-da Şirvan Şəhər İcra Hakimiyyəti aparatının, YAP Şirvan şəhər təşkilatının, şəhərin idarə və müəssisələrinin məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, müharibə iştirakçıları, şəhidin ailə üzvləri, dostları Şirvan şəhər Şəhidlər Xiyabanında Məmmədli Cavid Natiq oğlunun məzarını ziyarət edərək gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavinləri Məharət Mustafayev, Aynur Fərzəliyeva, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, din xadimi Hacı Vasif, şəhid Zülfüqarlı Zeynalın atası Alim Zülfüqarlı, şəhidin müəllimi Vüsalə Abbasova şəhidin məzarı önündə çıxış edərək Vətənimiz üçün ləyaqətli övlad böyütdüklərinə görə Məmmədli Cavidin valideynlərinə təşəkkür ediblər və Allahdan onlara səbir diləyiblər. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıblar. Prezident-ordu-xalq vəhdətinin, birliyinin, həmrəyliyinin nəticəsi olaraq torpaqlarımızın düşməndən azad edildiyini, haqq-ədalətin bərpa olunduğunu, Şanlı Zəfər gününün tariximizə şəhidlərimizin qanı ilə yazıldığını bildiriblər. Üçrəngli bayrağımızın respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmasından qürur duyduqlarını vurğulayıblar. Vətən uğrunda ən şirin nemət olan canını fəda etməklə ən uca zirvəyə yüksələn Cavidin və onun kimi yüzlərlə mərd və cəsarətli oğulların şücaətinin qədirbilən xalqımız tərəfindən heç vaxt unudulmayacağını qeyd ediblər. Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın şəhidlərimizdən bizə əmanət qalan ailələrinə və yaralılara göstərdikləri diqqət və qayğının Şirvan şəhərində də davam etdirildiyini, hər bir şəhid ailəsinin və müharibə iştirakçısının probleminə həssaslıqla yanaşıldığını söyləyiblər. Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Cavidin və onun silahdaşlarının xatirəsinin daim əziz tutulacağını vurğulayıblar. Sonra ənəvi olaraq digər şəhidlərin də məzarları ziyarət olunub.

Ziyarətin sonunda vətənimizin müstəqilliyi, müdafiəsi, ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dualar oxunub.

Vətən müharibəsinin şəhidi Məmmədli Cavid Natiq oğlunun xatirəsinə həsr olunmuş tədbir Gənclər Evi Sosial Xidmət Müəssisəsində davam edib.
Allah rəhmət eləsin!

Şəhidlər ölməz, Vətən bölünməz!

Fotolar

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ötən gün polislər belə güllələnib - Anbaan video

Şoyqu və Gerasimov haqqında həbs qərarı çıxarıldı

Oliqarx Leysan Məmmədovun oğlu “Sea Breeze”də yenidən dava saldı – Şok təfərrüat

Namiq İslamzadəyə "general-leytenant" rütbəsi verildi

Maşın almaq istəyənlər üçün vacib xəbər - Qanun dəyişdi

AVRO-2024: Niderland - Avstriya oyununda beşinci qol vurulub - Yenilənib

Ərdoğan yeni antiterror əməliyyatlarının anonsunu verdi

Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib

Qubad İbadoğlunun övladı erməni lobbisinin tədbirində çıxış edəcək

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularını təltif edib

Əhmədin yoxa çıxdığı deyilən bacısının əri haradadır? - Detallar

Ən çox oxunanalar