Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məşhur italiyalı aktrisa vəfat edib

Məşhur italiyalı aktrisa Cina Lollobricida 96 yaşında vəfat edib...

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.

Qeyd edək ki, Luicina Lollobricida 1927-ci ildə İtaliyanın mərkəzində, Subiako şəhərində mebel ustası ailəsində anadan olub. Onun doğulduğu ailənin Culiana, Mariya və Fernanda adlı daha üç qızı var idi. 1945-ci ildə ailəsi Romanın kənarına köçüb və Cina küçə rəssamı kimi ilk pulunu karikatura çəkməklə qazanıb. O, həmin dövrdə opera vokal dərsləri alır və teatr məktəbində oxuyurdu. 1946-cı ildə Luicina kinoda epizodik rolları ilə debüt edib. 1947-ci ildə "Miss İtaliya" gözəllik müsabiqəsində üçüncü yeri tutub. 1950-1951-ci illərdə aktrisa artıq Cina Lollobrigida adı ilə üç italyan filmində baş rollarda oynayıb. Lakin əsl dünya şöhrəti ona fransız kinorejissoru Kristian-Jakın “Fanfan Lalə” filmindəki gözəl Adeline obrazından sonra gəlib.

C.Lollobricidanın kino karyerası 1973-cü ildə dayandırılsa da, ancaq 1997-ci ilə qədər filmlərdə rol alıb. O, 50 il ərzində AvropaABŞ-da 60-dan çox filmdə çəkilib, onların yarıdan çoxu 1950-ci illərdə çəkilib. Onun ən diqqətçəkən rollarından biri də Jan Delannuanın rejissoru olduğu “Notr-Dam Katedralı”nda (1956) Esmeralda obrazı olub.

70-ci illərdə çəkiliş meydançasından ayrıldıqdan sonra Lollobricida peşəkar fotoqraf olub, “Mənim İtaliyam” və “Uşaqlar və Heyvanlar” mövzusunda bir neçə albom buraxıb. Paul Nyuman, Salvador Dali və Fidel Kastro onun üçün poz veriblər və sonralar Cina onlar haqqında film çəkib. Cina heykəltaraşlıqla da məşğul olub. O, bir çox film festivallarında da iştirak edib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dolları olanlar mütləq bu xəbəri oxusun - Vacib açıqlama

Yardımlıdan daha bir nəfər deputatlığa namizəd oldu - Foto

Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: namizəd ərazidən qovula bilər    

Əvvəl dalaşdılar, sonra barışdılar – Görün, nə qazandılar…    

Ziya Məmmədovun qardaşından sensasion açıqlama

Rəşad Nəbiyevin uğursuz taksi islahatı… – yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…

Üzümü bu qidalarla birgə yemək olmaz! – Dietoloqdan xəbərdarlıq

Pentaqon Çinin "Sinovac" peyvəndinin diskreditasiyası ilə məşğul olduğunu etiraf edib

Cinayət planları ilə gəzən qatillər: Ailəsini baltalayanlar, övladını girov götürənlər...

Ən çox oxunanalar