Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: “Rusiya bu vaxta qədər Ermənistana qarşı belə açıq gediş etməmişdi”

Dünən Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Ermənistan hakimiyyətinə kəskin iradını bildirib...

Politoloq: “Zaxrovanın açıqlamasında Rusiyanın açıq formada Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi və seperatçılar yaşayan ərazilərin də Azərbaycana aid olması fikri qırmızı xətlə keçir”.

“Düşünürəm ki, Zaxarovanın Qarabağla bağlı açıqlamasında Azərbaycan üçün müsbət çalarlar var”.

Bu sözləri politoloq Qabil Hüseynli Mariya Zaxarovanın Ermənistanla bağlı son açıqlamasını PİA.az-a şərh edərkən qeyd edib.

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi dünən Paşinyanın ziddiyyətli açıqlamaları ilə bağlı kəskin iradını bildirib. Mariya Zaxarova Paşinyanı sxolastika ilə məşğul olmağı dayandırmağa çağırıb. Eyni zamanda Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi İrəvanın eyni məsələ ilə bağlı bəyanatlarının ciddi şəkildə fərqləndiyini qeyd edib.

Ermənistan tərəfinin mövqeyini qiymətləndirmək çətindir”, deyə Zaxarova Paşinyanın Ermənistan tərəfinin Rusiyanın təklif etdiyi sülh müqaviləsinin variantını imzalamağa hazır olması barədə bəyanatını şərh edərkən deyib.

Həmçinin Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi İrəvanı Azərbaycanla sülh danışıqların pozmaqda ittiham edib.

Lakin Zaxarovanın açıqlamasında diqqət çəkən bir məsələ də var. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirir ki, “Alma-Ata Bəyannaməsi Sovet İttifaqı respublikaları arasında mövcud olan sərhədlərin toxunulmazlığını təsdiq edir. O zaman Qarabağ Azərbaycan SSR-in tərkibində idi”.

Zaxarovanın dünənki açıqlamasını və Rusiya ilə Ermənistan arasında son zamanlara yaranan ziddiyyətili münasibətləri PİA.az-ın əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Zaxarova Rusiya Xarici İşlər Nazirliyinin mövqeyini açıqlayaraq bildirdi ki, Sovet dövründə Azərbaycanın tərkibində olan Qarabağ bu gün Alma-Ata Bəyannaməsinə uyğun olaraq Azərbaycanın tərkib hissəsidir”.

Nikol Paşinyanın anti-Rusiya mövqeyindən sonra Moskvanın da ona qarşı bu cür gedişlər etdiyini vurğulayan politoloq nəzərə çatdırıb ki, Rusiyanın Ermənistana qarşı gedişləri beynəlxalq hüquq normalarına uyğundur:

“Düşünürəm ki, Zaxarovanın Qarabağla bağlı açıqlamasında Azərbaycan üçün müsbət çalarlar var. Bildiyimiz kimi Azərbaycanın ərazi bütövlüyü Rusiya tərəfindən dəfələrlə tanınıb. Bir dəfə də Rusiya prezidenti Qarabağ Azərbaycanın tərkib hissəsidir deyib. İndi də Zaxarova Rusiya Xarici İşlər Nazirliyinin mövqeyini açıqlayaraq bildirdi ki, Sovet dövründə Azərbaycanın tərkibində olan Qarabağ bu gün Alma-Ata Bəyannaməsinə uyğun olaraq Azərbaycanın tərkib hissəsidir.

Zaxrovanın açıqlamasında Rusiyanın açıq formada Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi və seperatçılar yaşayan ərazilərin də Azərbaycana aid olması fikri qırmızı xətlə keçir.

Qabil Hüseynli: “Biz Azərbaycan SSR-in sərhədləri ilə BMT-yə və digər beynəlxalq təşkilatlara daxil olmuşuq və təbii ki, bu sərhədlər Qarabağı öz içinə alır”.

Azərbaycanın ərazi bütövlüyü BMT səviyyəsində tanınıb və Rusiya da ölkəmizin BMT səviyyəsindən tanınan sərhədlərini tanıdığını dəfələrlə ən yüksək səviyyədə bildirib.

İndiki Azərbaycan dövləti birinci respublikanın, yəni Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi elan olunsa da, Azərbaycan SSR-in də hüquqi varisidir və bu mənada bütün hüquqi öhdəliklərini də yeriə yetirir. Biz Azərbaycan SSR-in sərhədləri ilə BMT-yə və digər beynəlxalq təşkilatlara daxil olmuşuq və təbii ki, bu sərhədlər Qarabağı öz içinə alır.

Dünyanın bütün ölkələri də Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Qarabağ deyilən qondarma qurumu tanıyan bir dənə də ölkə yoxdur. Heç Ermənistanın özü də qondarma Qarabağı tanımayıb. Bu gün də Ermənistan onları tanımaqdan imtina edir. Məsələn Nikol Paşinyanın son mətbuat konfransında “Qarabağ Azərbaycandır” fikri, dolayısı ilə ifadə edildi. Ermənistanın baş naziri bildirdi ki, Qarabağda bizim torpaq iddiamız yoxdur. Yalnız orada yaşayan soydaşlarımızın hüquqları və haqları onlar üçün önəmlidir.

Nikol Paşinyanın anti-Rusiya mövqeyindən sonra Moskva da ona qarşı bu cür gedişlər edir. Rusiyanın Ermənistana qarşı gedişləri beynəlxalq hüquq normalarına uyğundur. Amma eyni zamanda Rusiya bu vaxta qədər Ermənistan qarşı belə açıq formada gediş etməmişdi”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib

İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı sərəncam

Ən çox oxunanalar