Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Lotu Quli”nin adamı 27 il sonra bəraət alıb

1996-cı ildə rəhbərlik etdiyi firmalarla o vaxtkı Ticarət Nazirliyi ilə müqavilələr bağlayaraq ölkəyə şəkər tozu gətirəcəyi vədi verib dövlətə 3 milyon manat ziyan vurmaqda təqsirləndirilən Emil Xəlilovla bağlı hökmdən verilmiş şikayətə baxılıb...

APA-nın əldə etdiyi xəbərə görə, Bakı Apellyasiya Məhkəməsinə 2020-ci ildə daxil olmuş iş üzrə qərar elan olunub.

Hakim Mirzəli Abbasovun sədrlik etdiyi hakimlər heyəti birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmadığı, təqsirləndirilən şəxsin günahsız olduğu qənaətinə gəliblər.

Məhkəmə Emil Xəlilov barəsində bəraət qərarı çıxarıb.

Qeyd edək ki, Xəlilov Emil Möhübət oğlu uzun illər beynəlxalq axtarışda olub. O, 2018-ci ildə Ukraynada həbs olunaraq Azərbaycana ekstradisiya olunub.

Həmin vaxt Ukrayna baş prokurorunun müavini Yevgeni Yenin özünün sosial şəbəkə hesabında Emil Xəlilov haqda paylaşım edib. O, Emil Xəlilovun Ukraynada saxta sənədlərlə yaşadığını və mütəşəkkil cinayətkar qrupa rəhbərlik etdiyini yazıb: “Emil Xəlilov Cənubi Amerikadan Avropaya narkotik daşıyan cinayətkar qrupa rəhbərlik edib. Bu yaxınlarda Emil Xəlilov status qazanıb və “vor zakon” olmağa can atır. Deyə bilərəm ki, saxlanılan şəxs Ukrayna mənşəli “vor zakon”ların cinayətkar fəaliyyəti ilə bağlı çox vacib ifadələr verib”.

Sonradan mətbu orqanlarda Emil Xəlilovun "Lotu Quli" kimi tanınan kriminal avtoritet Nadir Səlifovun yaxın adamı olduğu barədə məlumatlar yayılıb.

Emil Xəlilova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) və 320.1-ci (sənədləri məhv etmə) maddələri ilə ittiham irəli sürülüb.

İş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

Məhkəmə təqsirləndirilən şəxsin cinayət törətməsindən 20 il keçdiyi üçün cinayət işinə xitam verib. Emil Xəlilov məhkəmə zalından azadlığa buraxılıb.

Müdafiə tərəfi bəraət tələbi ilə hökmdən apellyasiya şikayəti verib.

pia.az


Etiket: məhkəmə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dövlət qulluğuna qəbul imtahanında 22 nəfər uğur qazanıb

Faiq Ağayevlə Zülfiyyə Xanbabayeva illər sonra bir arada

Abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan veriblər - Yenilənib

Qeyri-sabit hava şəraiti sabaha qədər davam edəcək 

ETSN hava məlumatları ilə bağlı əhaliyə xəbərdarlıq edib

Cəlilabadda hündürlükdən yıxılan azyaşlı ölüb

Lənkəranda intensiv yağışdan sonra Lənkərançay daşıb, həyətlərə su dolub - Foto, Video

Türkiyə ordusu İraq və Suriyada 16 terrorçunu zərərsizləşdirib

Sumqayıtda 45 yaşlı kişini elektrik cərəyanı vurub öldürüb

Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb

Ən çox oxunanalar