Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Separatçılar arasında parçalanma və Vardanyanın diktatorluq həvəsi...

İlk gənclik illərindən Qarabağda separizmin görünən fiqurlarından biri olan Balasanyanın Qarabağa heç bir aidiyyatı olmayan Vardanyan tərəfindən uzaqlaşdırılması nədən xəbər verir?

Siyasi-şərhçi: “Balasanyanın qondarma rejimdəki “vəzifəsindən” uzaqlaşdırılmasında analoji bir xətt görünür. Burada “Rusiya izi”nin olduğunu istisna etmirəm”.

“Kreml Qarabağa tam sahiblənmək üçün pərdəarxasında himayə etdiyi “Dağlıq Qarabağ Respublikası”nda əsas “vəzifələrə” bir əmri ilə tabe olacaq şəxsləri yerləşdirmək istəyir”.

Bu sözləri siyasi-şərhçi Cavanşir Abbaslı Vitali Balasanyanın separatçıların “təhlükəsizlik Şurasın katibliyindən” uzaqlaşdırılmasını PİA.az-a şərh edərkən qeyd edib.

Ötən həftənin ən maraqlı hadislərindən biri də Vitali Balasanyanın separatçıların "təhlükəsizlik Şurasın katibliyindən" uzaqlaşdırılması oldu. İlk gənclik illərindən Qarabağda separizmin görünən fiqurlarından biri olan Balasanyanın Qarabağa heç bir aidiyyatı olmayan Vardanyan tərəfindən uzaqlaşdırılması nədən xəbər verir və hesab etmək olarmı ki, Vardanyanın varlığı istər Qarabağdakı separatistləri, istərsə də Ermənistandakı siyasi gücləri parçalayır?

Balasanyanın Vardanyan tərəfindən uzaqlaşdırılmasının nəticələrini PİA.az-ın əməkdaşı AĞ Partiya sözçüsü Cavanşir Abbaslı ilə müzakirə edib.

Cavanşir Abbaslı: “Vardanyan Qarabağ separatçıları arasında elə bir dikatatura rejimi qurmaq istəyir ki, burda hər şey və hər kəs onun iradəsinə tabe olsun. Təbii ki, bu “diktaturanı” Vardanyan gələcəkdə Ermənistana da transfer etməyi hədəfləyir və bu da Rusiyanın maraqları çərçivəsindədir”.

Vardanyanın separatçılar arasında qondarma rejimin “rəhbəri” Arayik Arutunyandan daha çox diqqət cəlb etdiyini vurğulayan ekspert PİA.az-a açıqllamasında qeyd edib ki, əsas başlıca səbəb onu Arutyunyanın yerinə hazırlamaq deyil, Ermənistanda hökumət rəhbərliyinə gətirmək ola bilər:

“Xatırlayırsınızsa, 10 gün öncə Vardanyan Rusiya vətəndaşlığından məhrum ediləndə sizə müsahibə vermişdim və bunun bir “şou” olduğunu bildirmişdim. Yenə də, həmin fikirlərimin üzərindəyəm. Vardanyan Rusiyanın Qarabağa yerləşdirdiyi bir hiyləgər oyunçudur. Bu baxımdan Balasanyanın qondarma rejimdəki “vəzifəsindən” uzaqlaşdırılmasında analoji bir xətt görünür. Burada “Rusiya izi”nin olduğunu istisna etmirəm.

Düşünürəm ki, Kreml Qarabağa tam sahiblənmək üçün pərdəarxasında himayə etdiyi separatçılar arasında əsas “vəzifələrə” bir əmri ilə tabe olacaq şəxsləri yerləşdirmək istəyir. Yəni Vardanyan Qarabağ separatçıları arasında elə bir dikatatura rejimi qurmaq istəyir ki, burda hər şey və hər kəs onun iradəsinə tabe olsun. Təbii ki, bu diktaturanı Vardanyan gələcəkdə Ermənistana da transfer etməyi hədəfləyir və bu da Rusiyanın maraqları çərçivəsindədir. Balasanyan Rusiyanın hər hansı bir tapşırığından boyun qaçıra bilərdimi, xeyr. Sadəcə o, Vardanyanı iradəsinə tabe olmağı özünə sığışdıra bilmir. Çünki o, Qarabağ separatçılarının “köhnə qvardiyasına” aid biridir və bu üzdən də Vardanyana tabe olmaq istəməməsində də qeyri-adi heç bir şey yoxdur.

Rusiya isə, son illərdə bu “klanın” Köçəryan-Sərkisyan kimi təmsilçiləri səviyyəsində nə Ermənistanda, nə də qondarma rejimdə niyyətlərinə tam şəkildə çata bilməyib. Onun üçün də, bu klanı başqası ilə əvəzləmək istəyir. Həmin müsahibəmdə sizə onu da bildirmişdim ki, Rusiyanın əslində niyyətlərindən biri də, Paşinyanı Vardanyanla əvəzləmək də ola bilər. Artıq bunun işartıları da görünməkdədir. Belə ki, Vardanyan qondarma rejimin “rəhbəri” Arayik Arutunyandan daha çox görünməyə başlayıb. Burada isə, əsas başlıca səbəb onu Arutyunyanın yerinə hazırlamaq deyil, Ermənistanda hökumət rəhbərliyinə gətirmək ola bilər”.

Cavanşir Abbaslı: “Vardaryanın gələcəkdə Paşinyana müxalif olan güclər tərəfindən dəstəkləndiyini görsək, təəccüblənməməliyik”.

Siyasi şərhçinin Vardanyanın varlığı istər Qarabağdakı separatistləri, istərsə də, Ermənistandakı siyasi gücləri parçalayırmı sualımıza cavabı belə oldu: “Təbii ki, heç bir siyasi rəhbərlik üçün Vardanyan tipli şəxslərin olması arzuolunan deyil. Amma unutmayaq ki, burada əsas kartlar bir gücün, yəni Rusiyanın əlində cəmləşib. Necə deyərlər ki, sifariş verdiyim mahnıya oynamalısan, xoşuna gəlməsə belə... Vardanyan burada sadəcə icraçı kimi görünür. Onun gələcəkdə Paşinyana müxalif olan güclər tərəfindən dəstəkləndiyini görsək, təəccüblənməməliyik.

Əslində bu proseslər ona doğru gedir. Çünki Paşinyanın qarşısına yeni isim çıxarılmadan Rusiya Ermənistanda inqilab və ya seçki yolu ilə indiki müxalifətdən, o cümlədən, “Qarabağ klanı”ndan kimisə hakimiyyət başına gətirmək şansını görmür. Çevriliş yolu ilə də bunun əvvəlki vaxtlara baxanda çətin olduğunu Rusiyanın hakim dairələrində yaxşı görürlər. Paşinyan II Qarabağ savaşını uduza bilər, amma unutmayaq ki, seçkilər yolu ilə iqtidarını qoruyub-saxlamış bir şəxsdir. Eyni zamanda, Ukraynada ölüm-dirim savaşı aparan şimal qonşumuz başqa bir ölkədə Amerika başda olmaqla əksər dünya ölkələri ilə üz-üzə qalmaq istəməz. Bir sözlə gələcəkdə Ermənistanda hakimiyyət uğrunda savaşa Vardanyanın da qoşulacağını indidən təxmin etmək olar”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

"Qızıl top" mükafatına namizədlərin reytinq siyahısı açıqlanıb

Futbol üzrə Avropa çempionatının rəmzi komandası açıqlanıb

Daşkəsənin yeni icra başçısı ictimaiyyətə təqdim olunub

2024-cü ilin ən yaxşı müdafiəçisi bəlli olub

Azərbaycanın Tehrandakı səfirliyinin yeni inzibati binası istifadəyə verilib

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

Coratda dənizdə batan gəncin meyiti tapılıb - Yenilənib

Ən çox oxunanalar